Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bağlı xoşagəlməz söz-sohbətlərin ardı-arası kəsilmir. Ukraynaya təyinatından və səfir kimi fəaliyyətindən qısa müddət keçməsinə baxmayaraq daha çox diaspor fəallarının təqibi və məişət məsələləri ilə gündəmə gələn Azər Xudiyevlə bağlı bu dəfəki xəbər də təxminən əvvəlkilərin davamı, daha doğrusu təsdiqidir.
İstiqlal.az-a daxil olan bir videoda səfir Azər Xudiyevin adına olan DP 041006 - diplomatik nömrə nişanlı qırmızı rəngli avtomobilin bir xanım tərəfindən idarə olunmasıdır. Aşağıda təqdim etdiyimiz videodan və fotolardan göründüyü kimi Azərbaycan səfirliyinə məxsus avtomobilin sükanı arxasında əyləşən bir əcnəbi xanımdır. Yaxşı, bəs, bu xanım kimdir?
Əlbəttə, ilk baxışdan burda qəribə heç nə yoxdur, "xanım səfirlik əməkdaşı və yaxud da səfirin köməkçisi də ola bilər” ehtimalı ilə kiçik bir araşdırma aparıldı. Bəlli oldu ki, səfirin adına olan və diplomatik nömrə ilə idarə olunan bu avtomobilin sükanı arxasında oturan xanım nə səfirin köməkçisi, nə də səfirliyin əməkdaşıdır. Səfirin diplomatik nömrə ilə təchiz olunmuş qırmızı rəngli avtomobilini Azər Xudiyevə çox yaxınlığı ilə bilinən Olqa adlı Ukrayna vətəndaşı idarə edir. Bu barədə hələ bir neçə ay əvvəl Azərbaycan mətbuatında informasiya da getmişdi. http://demokrat.az/news/746
İnformasiyada qeyd olunurdu ki, Olqa xanım Azər Xudiyevin konsul olduğu dönəmlərdə onunla Sloveniyadan tanışdırlar. A.Xudiyev Ukraynaya səfir təyin olunandan sonra Olqa da onunla birgə Azərbaycan səfirliyində görünməyə başlayıb. Amma Olqanın Azərbaycan səfirliyində hansısa vəzifə tutması ilə bağlı heç bir təsdiq olunmuş informasiya yoxdur. Lakin Olqanın Azərbaycan səfirliyinə məxsus iqamətgahda yaşadığı, ərindən çoxdandır ki, boşanmasına (keçmiş ərindən iki uşağı var) baxmayaraq 3-cü - David adlı oğlunu da məhz burada (2017-ci ildə) dünyaya gətirdiyi bildirilir?!!. Maraqlıdır, Azərbaycan qanunları ölkənin xaricdəki səfirliklərinə məxsus avtomobillərin (diplomatik nömrə nişanlı) yalnız səfirlik əməkdaşlarının idarə etməsinə icazə verdiyi halda niyə xarici ölkə vətəndaşı bu səlahiyyətdən istifadə etsin ki? Və yaxud da Azərbaycan səfirliyinə məxsus iqamətgahda yalnız səfir və Azərbaycandan gedən diplomatik heyətin yaşamaq hüququ olduğu halda, niyə Ukrayna vətəndaşı olan bir ərsiz xanım, 3 uşağı ilə yaşasın ki? Əlbəttə, suallar çoxdur…
Məsələ ilə bağlı hələ o zaman səfir Azər Xudiyev də açıqlama vermişdi. Səfir sözügedən avtomobilin ona məxsus olduğunu təsdiqləsə də Olqa adlı xanımı tanımadığını bildirmişdir.
İki gün sonrakı müsahibəsində isə belə bir ifadə işlətmişdir: "Mən boş və mənasız suallara cavab vermirəm...”. http://olke.az/news/detail/hikmet-cavadova-gore-bir-nece-defe-ukrayna-xarici-isler-nazirliyine-cagirilmisam-sefirle-musahibe-127362
Lakin çox keçmədi ki, Azərbaycan mətbuatında səfir Azər Xudiyevlə Olqa xanımın birgə fotoları yayıldı. Çiskinli bir Kiyev havasında cənab səfir Olqa və rəfiqəsini yağışdan qoruyurdu... http://bakunews.az/37936-sefirin-yalani-ayaq-tutdu-yeridi-shekiller-danshdi.html
Bu informasiya vasitəsilə cənab Azər Xudiyevdən soruşuruq: Cənab səfir, sizə məxsus diplomatik nömrəli avtomobili idarə edən, eyni zamanda qanunla qadağan olunduğu halda Azərbaycanın səfirliyinə məxsus iqamətgahda yaşayan bu xanım kimdir?