“Zaur Axundov elə adamların adını çəkirdi ki…” - Sabiq holdinq rəhbərindən Prezidentə şikayət
Tarix: 5-10-2018, 11:58 | Çap et
Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülsə də AZAL şefi pulları geri qaytarmır. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…
“Yazıb Sizə bildirmək istəyirəm ki, “Silk Way Holding” MMC-nin rəhbərliyi, bu yaxınlara qədər şirkətin prezidenti işləmiş Zaur Axundov tərəfindən 8 ildir ki, haqsızlığa, qanunsuzluğa məruz qalmışıq. Zaur Axundov bizim firma ilə “Silk Way Holding” MMC-nin strukturuna daxil olan şirkət arasında bağlanmış müqaviləni heç bir səbəb olmadan, əvvəlcədən xəbərdarlıq etmədən, tamamilə qanunsuz olaraq pozmuş, bununla da ailəmizə ağır maddi və mənəvi ziyan vurmuşdur”. Bu fikirlər “Məhəmmədəli” firmasının direktoru Ağamalı Baxşəliyevin həyat yoldaşı Zəminə Baxşəliyeva tərəfindən “Azpolitika.info”ya ünvanlanmış şikayət məktubundan götürülüb.
İndiyədək müəyyən səbəblərdən şikayətlərini ictimailəşdirməyən Baxşəliyevlər ailəsi bu yaxınlarda “Azpolitika.info”da Zaur Axundovun “Silk Way Holding” MMC-nin rəhbərliyindən uzaqlaşdırılması, fəaliyyətinin araşdırılması haqqında məlumatı oxuduqdan sonra saytımıza üz tutmaq qərarına gəliblər. Bununla Zaur Axundovun “qanunsuz əməlləri” barədə ölkə rəhbərliyini məlumatlandırmaq, hüquqlarının bərpa olunmasına nail olmaq istəyirlər.
Zəminə Baxşəliyevanın sözlərinə görə, əvvəllər Ukraynada yaşayıblar. Həyat yoldaşı Ağamalı Baxşəliyev orada mühəndis işləyib. Vaxtilə mərhum Prezident Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlı mütəxəssisləri ölkəyə dəvət etməsindən sonra 1997-ci ildə Azərbaycana gəliblər: “Azərbaycana qayıtdıqdan sonra burda sahibkarlıqla məşğul olmaq üçün şirkət qurdu. Həyat yoldaşımın qurduğu “Məhəmmədəli” firması 14.01.1998-ci il tarixində Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində 521 saylı şəhadətnamə ilə qeydiyyata alındı. Həmin vaxta qədər Bakıdakı aeroportda ölkədən çıxarılan bağlamalar, əşyalar kağızla üzlənilirdi. Həyat yoldaşım bu işin Avropa standartlarına uyğun şəkildə qurulmasını təmin etməyi qərara aldı. Bu məqsədlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovla görüşərək öz ideyasını ona bildirdi. Onun razılığını aldıqdan sonra bu işi həyata keçirmək üçün hər birinin dəyəri 85 min dollar olan avadanlıqları alaraq, Bakıya gətirdi. Əlavə olaraq da hər birinin daşınıb, quraşdırılmasına 10 min dollar xərclədi.
Həyat yoldaşımın yaratdığı firma ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL” QSC) arasında bağlanmış müqavilə əsasında Heydər Əliyev Beynəlxaq Aeroportunda fəaliyyət göstərməyə başladıq. 10 ildən artıq heç bir problemsiz fəaliyyət göstərdik. Sonra isə yeni bir qurum – “Silk Way Holding” MMC yaradıldı.
“AZAL” QSC-yə aid bir çox xidmətlər kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda bağlamaların, əşyaların üzlənməsi, bükülməsi xidməti də “Silk Way Holding” MMC-yə verildi. Holdinq ilə bizim firma arasında 10.02.2008-ci il tarixdə müqavilə bağlandı. Aerovağzal Kompleksinin “Cənub” terminalının ikinci mərtəbəsində 2 kv.m. və “Şimal” terminalının ikinci mərtəbəsində 2 kv.m. və Yerli Hava Xəttləri Terminalında 2 kv.m. yüklərin və əl çantalarının üzlənməsi üşün bükücü aparatlara yer ayırdılar. Firmamız da özünə məxsus olan avadanlıqlarla bu işi Avropa standartlarına uyğun şəkildə təşkil etdi. Fəaliyyət göstərdiyimiz dövr ərzində həm AZAL, həm “Silk Way Holding” MMC, həm də büdcə qarşısında öhdəliklərimizi tam şəkildə yerinə yetirmişik, heç bir zaman qeyri-qanuni fəaliyyətə yol verməmişik. Ancaq buna baxmayaraq heç bir il keçməmiş, yəni müqavilənin müddəti bitməmiş “Silk Way Holding” MMC bizimlə əməkdaşlığa xitam verdi. Bunun səbəbini öyrəndikdə, Zaur Axundovun belə istədiyini dedilər. Gecə ilə bizi aeroportdan uzaqlaşdırdılar. Sonra da avadanlıqlarımızı çıxardılar.
Həyat yoldaşım bunun səbəbini öyrənmək üçün Zaur Axundovla görüşdü. O, heç bir izahat verməyərək, hər hansı səbəb göstərməyərək, sadəcə belə məsləhət olduğunu söyləyib. Üstəlik də “hara istəyirsən şikayət et” deyərək, heç kimdən çəkinmədiyini nümayiş etdirib.
O vaxtan bu günədək həyat yoldaşım işsiz qalıb. Dəfələrlə həm AZAL rəhbərliyinə, həm “Silk Way Holding” MMC-yə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bizə qarşı yol verilmiş qanunsuzluğa görə heç bir tədbir görülməyib”.
Z.Baxşəliyevanın sözlərinə görə, məhkəməyə müraciət etməmələrinin səbəbi Zaur Axundovun bu məsələdə bəzi hörmətli şəxslərin adını hallandırması olub: “O, elə adlar çəkirdi ki, biz məhkəməyə müraciət etməkdən çəkindik. Ancaq indi düşünürük ki, o, bunu qəsdən edib. Sadəcə bizi bu işdən kənarlaşdırmaq üçün kimlərinsə adından istifadə edib”.
Z. Baxşəliyevanın sözlərinə görə, ötən müddət ərzində qarşılaşdıqları qanunsuzluğu ölkə rəhbərliyinin də diqqətinə çatdırmağa çalışıblar: “8 il ərzində dəfələrlə möhtərəm Prezident İlham Əliyevə, I vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etmişik. Ancaq heç bir cavab almamışıq. Düşünürəm ki, müraciətlərimiz Prezidentimizə, I vitse-Prezident Mehriban xanım Əliyevaya çatdırılmır. Buna görə də Sizin saytınız vasitəsilə səsimizi ölkə rəhbərliyinə çatdırmaq istəyirik. Çünki artıq çox çətin vəziyyətlə üzləşmişik. Möhtərəm ölkə başçısının, hörmətli Mehriban xanımın diqqətinə çatdırmaq istəyirəm ki, 3 övladımız var. Uşaqlara görə mən də uzun illərdir ki, işləmirəm. Ailəmizin bütün yükü həyat yoldaşımın üzərindədir. Həyat yolaşımı isə Zaur Axundov artıq 8 ildir işsiz qoyub. Bu da bizim tam müflis olmağımıza gətirib çıxarıb.
Həyat yoldaşımın hər birinə 95 min dollar xərclədiyi avadanlıqlar dəyərsiz əşya kimi kənara atılıb. İşlədilmədiyindən xarab olub gedir. Bu avadanlıqlardan yalnız aeroportda istifadə etmək mümkündür. Həyat yoldaşım da bütün vəsaitini, hətta evlərimizi sataraq əldə etdiyi pulları əvvəlcə AZAL rəhbərliyi, sonra isə “Silk Way Holding” MMC ilə bağladığı müqaviləyə inanaraq bu avadanlıqlara yatırıb. Qanunsuz olaraq aeroportdan çıxarıldıqdan sonra, bu avadanlıqlarla hər hansı bir iş görmək mümkün olmadığından, tamamilə müflis olmuşuq. Hətta uşaqlarımızı normal böyütmək üçün hal-hazırda əlimdə heç bir imkanım yoxdur. Ailəmizdə heç kim işləmir, bu hadisələrdən sonra həyat yoldaşım ürək xəstəliyi tapıb, maddi durumumuz həddən artıq ağırdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev, hörmətli Mehriban xanım iş adamlarına hər zaman böyük dəstək olublar. Hər bir iş adamının ailəsi bunu bilir. Ona görə də biz Prezidentimizdən və Mehriban xanımdan kömək istəyirik.
“Silk Way Holding” MMC-nin keçmiş rəhbəri Zaur Axundovun qanunsuz qərarının ləğv olunmasını, həyat yoldaşımın avadanlıqları yenidən xidmət göstərmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşdirməsi üçün yer ayrılmasına göstəriş vermələrini xahiş edirik”.
Xatırladaq ki, bu yaxınlarda “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib. Bu haqda “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, “Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.
Cahangir Əsgərovun ailə şirkəti olan “Silk Way Holding” MMC-nin rəhbərliyindən Zaur Axundovu uzaqlaşdırmasının səbəbi kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranması göstərilir. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbərinə istənilən vasitə ilə pulların yığılmasını tapşırması vəziyyəti dəyişib.
Məlumata görə, hazırda Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilmir. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur.
Onu da qeyd edək ki, “Silk Way Holding” MMC-nin krediti qaytarmaması heç də maliyə problemləri ilə bağlı deyil. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…
Şikayətdə göstərilənlərlə bağlı həm “Silk Way Holding” MMC-nin, həmdə Zaur Axundovun mövqeyini işıqlandırmağa hazırıq. Mənbə: azpolitika.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
|