Gəncə Dövlət Universitetindən prezidentə şikayət olundu - Müraciət
Tarix: 21-09-2018, 11:32 | Çap et
Gəncə Dövlət Universitetinin "Bədən tərbiyəsi və idman" kafedrasının müəllimləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti idman naziri Azad Rəhimova və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova ünvanlı müraciətin bir surətini də «Təzadlar»a göndəriblər. Şikayətçilər adından məktub göndərmiş Ayət Rüstəmzadəyə zəng vurdq... Sonra GDU rəhbərliyi ilə də əlaqə saxlamağa səy göstərdik. Hələki müraciətdə adı çəkilən rektorun müşaviri Asif Cavadovla danışa bilməsək də, onun da mövqeyini təqdim etməyə problem görmürük. Beləliklə, Gəncə Dövlət Universitetinin "Bədən tərbiyəsi və idman" kafedrasının müəllimləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətdə deyilir: Cənab Prezident, bizim Sizə üvvanlanmış müraciətimizdən sonra Gəncə Dövlət Universitetinin rektorunun göstərişi ilə GDU rektorunun müşaviri Asif Cavadov bizim fakültəyə gələrək iclas keçirdi. Həmin iclasda Asif Cavadov və fakültəmizin dekanı Bayram Apoyev GDU rektorunun adından hamıya hədə-qorxu gələrək məcburi şəkildə imza etdirdi ki, guya bizim Sizə ünvanladığımız müraciət şər və böhtandan ibarətdir. Cənab Prezident, icazənizlə, bir daha Sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adı haqqında əsasnamənin tələbləri tamamilə pozulmuşdur. Bu əsasnaməyə görə qeyd olunan fəxri ad bədən tərbiyəsi və idman sahəsində ən azı 25 illik fasiləsiz iş stajı olan mütəxəssislərə verilir. Gəncə Dövlət Universitetinin İdman klubunun sədri Xaqani Umudov isə 1982-ci ildə anadan olub, 35 yaşı vardır, göründüyü kimi, onun bu qədər iş stajı yoxdur və əsasnamədə qeyd olunan göstəricilərdən tamamilə uzaqdır. Amma buna baxmayaraq o, Gəncə Dövlət Universiteti rəhbərliyinin verdiyi saxta sənədlər əsasında bu fəxri ada sahib olmuşdur. Bu fəxri ad Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarına əsasən verilir. Aydındır ki, Xaqani Umudov saxta sənədlərlə nazirliyi aldatmış və özünə həmin fəxri adın verilməsinə nail olmuşdur. Maraqlıdır, 25 il iş stajı olmayan şəxsə GDU rəhbərliyi necə saxta sənəd verir? Aldığımız digər dəqiq məlumata görə saxta sənədlər olmasına baxmayaraq Xaqani Umudovu Idman Nazirliyinin sektor müdiri Məmmədov Aydın Ağaəli oğlu himayə edir. Bundan başqa, hal-hazırda respublikanın ali məktəblərinin heç birində idman klubu yoxdur. Bu klublar universitetlərdə olan İdman kafedrasının tərkibinə verilmişdir. Amma nədənsə Gəncə Dövlət Universitetində qeyri-qanuni olaraq bu klub ayrıca departament kimi fəaliyyət göstərir və xeyli miqdarda işçisi vardır. Ali və orta ixtisas təhsili məktəbləri idman klublarının əsasnaməsinə görə bu klubun gəlirləri özünümaliyyələşdirmə prinsipi ilə işləyən idman bölmələrindən və qruplarından əldə edilən gəlirlər hesabına əldə edilir. Amma Gəncə Dövlət Universitetində bu klub universitetin büdcəsi üzərində oturub, klubun bütün işçilərinə universitetin büdcəsindən maaş verilir. Amma əslində klub universitetdə yerləşdiyi və universitetin əmlakından istifadə etdiyi üçün kirayə pulu ödəməlidir. Xaqani Umudov 20-25 nəfər idmançı tələbənin siyahısını tutur, bu tələbələr dərsdə iştirak etmir, digər tərəfdən bu tələbələrin imtahan qiymətləri rektorun göstərişinə görə yazılır, amma Xaqani Umudov bu tələbələrin hər birindən imtahana görə bir semestrdə 250-300 manat pul alır. Xaqani Umudov universitetin daxilində fitnes zalı açmışdır, şəhərin müxtəlif qadınları bu zalın xidmətindən istifadə etsə də universitet tələbələri və işçiləri bu zala buraxılmırlar. Bir sözlə, Xəqani Umudov universitetin əmlakını qazanc məqsədi ilə istifadə edir. Kafedrada ömrünü gününü idman sahəsində çürüdən adamların olmasına baxmayaraq bu fəxri ad 25 il iş stajı olmadığı halda, əsasnamənin tələbləri kobud şəkildə pozulmaqla saxta sənədlər əsasında Xaqani Umudova verilmişdir. Həmin fəxri ad Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən ləğv edilə bilər. Bu barədə müvafiq tədbir görməyinizi Sizdən xahiş edirik. Ayət Rüstəm oğlu Rüstəmzadə, Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müəllimi \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
|