“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                 

Standartlaşma və Patent Agentliyinə qarşı ittihamlar - Sürücülər YDM-lərdə ikiqat aldadılır
Tarix: 8-03-2018, 11:23 | Çap et
Standartlaşma və Patent Agentliyinə qarşı ittihamlar
Azərbaycanda əksər yanacaqdoldurma məntəqələrində yanacağını keyfiyyətinin aşağı olması sürücüləri narahat edən əsas problemlərdən biridir. Məhz keyfiyyətin aşağı olmasının səbəbindən Azərbaycanda avtomobillər 5-10 min kilometr getməmiş mühərrikin gücü azalır, benzin sərfiyyatı isə normadan çox artır. Avtomobil mütəxəssisləri məsləhət görür ki, bu kimi durumlarla üzləşməmək üçün daim eyni və güvəndiyiniz məntəqədən benzin almaq lazımdır.

Müxbirimizin bu günlərdə yanacağın keyfiyyəti ilə bağlı paytaxt sürücüləri arasında keçirdiyi sorğudan da bəlli olub ki, onlar bu məsələdən çox narazıdırlar.

Ölkədə Avro-4 standartına keçiddən sonra keyfiyyətin yaxşılaşacağı gözlənilsə də, bütün YDM-lərdə vəziyyət eyni deyil.

Bəs görəsən, müvafiq dövlət qurumları tərəfindən ayrı-ayrı şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyəti, oğurluq halları yoxlanılırmı? YDM-lərdə yanacağın az vurulması ilə bağlı Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də ittihamlar var. İddia edilir ki, bu qurum YDM-lərlə anlaşma şəraitində sürücülərin aldadılmasına göz yumur...

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda hər hansı yoxlama-monitorinq tədbirləri həyata keçirilmir: “Bildiyiniz kimi, ölkə ərazisində sahibkarlıq obyektlərində aparılan yoxlamalar dayandırılıb. Amma buna baxmayaraq, təbii ki, bu sahədə vəziyyət araşdırılır, müəyyən təhlillər aparılır. Sertifikat orqanları məhsulları sertifikatlaşdırarkən, həmçinin digər maraqlı təşkilatlar məhsulların keyfiyyətinə özləri nəzarət etmək məqsədilə bizim laboratoriyalara müraciət edir, məhsullarını təqdim edirlər. Daha sonra bu məhsulların keyfiyyəti araşdırılır. Bu baxımdan Azərbaycanda istehsal edilən məhsulların keyfiyyətində heç bir problem yoxdur, keyfiyyətə uyğundur. Biz laboratoriya nəticələrinə istinad edərək bunu deyirik. Şikayətlər varsa, mən narazı qalan sürücülərimizdən xahiş edirəm ki, bizə müraciət etsinlər, hansı yanacaqdoldurma məntəqələrindən narazıdırlarsa, nümunələr təqdim etsinlər. Biz həmin nümunələri laboratoriyalarda yoxlayaq. Bu halda konkret fakt üzrə danışmaq imkanımız olacaq. Amma ümumilikdə Azərbaycanda 2021-ci ilə qədər yoxlamalar dayandırılıb”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu sahədə ciddi problemlərin olduğunu dilə gətirdi: “Hər həftə bizə yanacağın keyfiyyəti ilə bağlı bir-iki telefon zəngi daxil olur. Hətta ən prestijli, brend yanacaqdoldurma məntəqələrindən də şikayət daxil olur. Şikayətlərdə ən çox səslənən odur ki, yanacaq keyfiyyətsizdir. Bəzən elə olur ki, yanacağı boşaltdıqdan və avtomobilə başqa yanacaq tökdükdən sonra işləməyə başlayıb. İkinci problem odur ki, yanacaq az vurulur və litrdə əksik olur. Sürücülər bildirir ki, yanacaq çənlərindən avtomobilə 3 metr uzunluğunda şlanqlarda olan yanacağın hamısı avtomobilin çəninə doldurulmur. Halbuki sayğacdan keçir və ona görə sürücüdən ödəniş alınır. Üçüncüsü, sürücülərin sayğaca nəzarət etməsinə imkan verilmir. Daim deyirlər ki, avtomobili litri göstərən cihazdan qabağa sür. Məqsəd odur ki, sürücü sayğacı görməsin. Sürücülər onu da iddia edirlər ki, yanacaqdoldurma məntəqəsinin işçiləri cəld bir şəkildə müəyyən düymələrə basır və daha az yanacağın avtomobilin çəninə yığılmasına çalışırlar. Bəzi yanacaqdoldurma məntəqələri haqqında belə iddialar da yayılır ki, hər axşam işçilər rəhbərliyə əlavə pul da verirlər. Bu isə sürücülərin cibindən oğurlanan pullardır”.

Ekspertin sözlərinə görə, digər bir məsələ odur ki, çox zaman yanacaq əvəzinə hava vururlar: “Yay aylarında bu hallar daha geniş yayılır. Tələblərdən biri də odur ki, yanacaqdoldurma məntəqələrində ölçü qabları olmalıdır. İstənilən istehlakçı pul verib o qabları ala, avtomatın düzgün işləyib-işləməməsini yoxlaya bilər. Lakin bu ölçü qabları ya yanacaqdoldurma məntəqələrinin əksəriyyətində yoxdur, ya da onu gözdənuzaq bir yerə qoyurlar.

Yanacaqdoldurma məntəqəsində işləmiş bir nəfərin dediyinə görə, yanacaq vurulan avtomatların içində “çörək boltu” deyilən bir bolt var, onu sağa-sola hərəkət etdirəndə istehlakçını aldatmaq mümkündür. Buna dövlət orqanları nəzarət etməlidir. Həmin boltun nə qədər fırladılması özü də yanacağın ölçüsünə təsir edir.

Digər bir problem isə çənlərin dibində qalan suyun avtomobillərin benzin çəninə vurulmasıdır. Bu da avtomobillərin sıradan çıxmasına gətirib çıxarır".

E.Hüseynov onu da vurğuladı ki, sahibkarlıq obyektlərində yoxlamaların dayandırılması müsbət hal olsa da, bundan sui-istifadə olunur və istehlakçıların hüquqları pozulur: “Biz yoxlamaların qadağan olunmasının tərəfdarıyıq. Əslində bu yaxşı bir cəhətdir. Cənab prezident bu qərarı verəndə düşünürdük ki, istehlakçılar sahibkarların verdiyi rüşvətlərin də üzərinə gəldiyi bahalı qiymətlərdən xilas olacaqlar. Ancaq indi ortaya çıxan mənzərə odur ki, yoxlamaların dayandırılmasından sui-istifadə edirlər. Yanacaqdoldurma məntəqələrində də ictimai nəzarət funksiyası yoxdur”.

Belə iddialar da var ki, bir sıra YDM-lərdə benzinə qat-qat ucuz olan mayelər qatılır ki, bu da keyfiyyəti azaldır.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru