Əsas Səhifə > Partiya, Güney Press > "Xalq içində Surət Hüseynova hələ də polkovnik deyirlər"

"Xalq içində Surət Hüseynova hələ də polkovnik deyirlər"


14-01-2016, 11:44
"Xalq içində Surət Hüseynova hələ də polkovnik deyirlər"
Qiyamçı polkovnik Surət Hüseynov Qazilər Fondu adlı qurum yaradaraq əlilləri, şəhid ailələri və veteranları öz ətrafına toplayır.

Məqsədinin xeyriyyəçilik olduğu deyilsə də, işin içində Rusiya barmağının mövcudluğu haqda iddialar var. S.Huseynov mətbuata verdiyi açıqlamasında bildirib ki, onun bu fondu yaratmasında niyyəti xeyriyəçilikdir. Maraqlıdır doğrudanmı bu belədir? Hafta.az-a açıqlama verən eks-müdafiə Naziri Rəhim Qazıyev Surət Hüseynov haqda maraqlı açıqlamalar verib:

“Surət Hüseynov bu təşkilatı hələ iki il bundan öncə quracağını bildirmişdi. İndi mən onun niyyətinin nə olub olmadığını bilmirəm. Əgər siyasətə qatılmaq istəyirsə çox nahaq yerə edir bunu. Xalq içində Surət Hüseynova hələ də polkovnik deyirlər. Mən müdafiə naziri olan zaman ona heç bir rütbə verməmişəm. Nə də ki mənim dövrümə qədər onun belə bir rütbəsi olub. Mən S.Huseynovu sonuncu dəfə 1994-cü ildə görmüşəm. Ondan sonra həbsxanada ölüm korpusunda yatanda bir neçə dəfə təsadüfən rastlaşmışıq. Bir də mən həbsdən çıxanda telefonla zəng vurub təbrik etmişdi. Onunla heç bir əlaqəm yoxdur. Qeyd olunan təşkilatı qurmaqda məqsədinin nə olduğunu da dəqiq deyə bilmərəm. Hər halda onun niyəti gələcəkdə aydın olacaq.”

Geri qayıt