Əsas Səhifə > Partiya, Güney Press > “Bayraqları ən yüksəyə qaldıran qan deyil”

“Bayraqları ən yüksəyə qaldıran qan deyil”


9-11-2015, 11:26
“Bayraqları ən yüksəyə qaldıran qan deyil”
Millət vəkili Zahid Oruc Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Dia.az xəbər verir ki, deputat “Bayrağımız mübarək olsun” başlığı altında Feysbukdakı şəxsi hesabında fikirlərini bölüşüb:

“Onu hazırlandığı materialın növü,çeşidi və qiymətli dəyərli etməz.Bayraqları bütün varlıqlardan yüksəklərə qaldıran heç uğrunda tökülən qanların ölçüsü də deyil.Axı sadəcə kətan,atlas,yaxud ipək üzərində toxunan bu simvollar niyə qırğınlıqları,savaşı və ölümü təşviq etsin ki? Gerçəkdən də min illərdi ki,yalnız hərb meydanlarının önündə gedən bir cansız qüvvədən xalqların istədiyi nə olub görəsən?

Bayraqlar onu yaradan millətlərin yerlə-göyü birləşdirmək,varlıqla-yoxluğa qovuşmaq ideyasından doğub.Ay-ulduzlara qarışan oraq çəkiclər, qılınclar,yaxud zeytun yarpaqları üzərindən nə qədər mənalar söylənsə də bayraqları müqəddəs edən onun əbədiyyət işarəsi olmasıdır.Məhz buna görə də yeni doğulan insanın bələyi də,dünyadan köçən bəndənin kəfəni də bayraqdan biçilə bilir.

Onu təkcə sərkərdələrin,komandanların,siyasi rəhbərlərin deyil,hamınınkı sayanlar bayraqların tək bircə adamın da ruhuna,fiziki və mənəvi varlığına yaxın olmasını qabardarkən haqlıdırlar.Onu ilk və son sevginin ünvanı kimi seçənlər heç vaxt uğursuzluğa düçar olmurlar.Çünki bayraqlar çox sadiq və etibarlı ömür-gün yoldaşlarıdır.

Dünyada elə bir qüvvə yoxdur ki,başının aşağı olması kədəri,günahı və ümidsizlyi ifadə eləməsin.Lakin bu sözlər bayraqlar haqqında deyilməz.Xalqların bir ayaqda durmasını və təzimini qəbul edərkən bayraqların başının aşağı durması onun yüksəklərdən insanlara enməsidir,adamlara yaxın və bərabər olmaq duyğusudur.Bayraqların başnın aşağı dikilməsi təslimçiliyi yox, bir ucalıq rəmzinin yeri və insanlığı salamlamasının əlaməti,məğrurluğun sadələyidir.

Bayraqları dalğalandıran küələklərə tapnmağa tələsməyin.Onu milyonların ruhları və coşqusu tərpətməsə,sabaha və işıqlı gələcəyə inamı hərəkət edirməsə,bayraqlar donuq və və statik bir əşyaya çevrilərdi.
Onu çovğunda,boranda və qarda qoruyan təkcə insanlar deyil,həm də İlahi qüvvənin olduğuna şəhadət gətirməyə sübut gərəkdirmi? Başımızın üzərində Allahdan sonra ucalan bir varlığın bizləri qoruduğuna hər kəs mövcudluğu qədər əmin olsun!

Havanın,suyun və torpağın yoğurduğu nə varsa, bu dünyada onu canlı və diri sayın.Bayraqlar ölməzdir,daimidir,əbədidir!
Bayrağımız mübarək olsun!"

Geri qayıt