Əsas Səhifə > Partiya, Güney Press > Ümid Pənah Hüseyni, AXP və VHP İqbal Ağazadəni dəstəklədi

Ümid Pənah Hüseyni, AXP və VHP İqbal Ağazadəni dəstəklədi


30-10-2015, 08:30
Ümid Pənah Hüseyni, AXP və VHP İqbal Ağazadəni dəstəklədi
Ümid Partiyası 63 saylı Sabirabad seçki dairəsindən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin deputatlığa namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. Ümid Partiyası üzvlərini və tərəfdarlarını 63 saylı Sabirabad seçki dairəsindən namizəd Pənah Hüseynə səs verməyə çağırıb.

Vətəndaş Həmrəyliyi Partiyası isə 35 saylı Xətai seçki dairəsində Ümid Partiyasının sədri İqbal Ağazadənin deputatlığa namizədliyinin dəstəklənməsi barədə qərara gəlib. VHP üzvlərini və tərəfdarlarını İqbal Ağazadəyə səs verməyə çağırıb. Hər iki xəbər musavat.com-a Ümid Partiyasından verilib. Xatırladaq ki, bir müddət əvvəl VHP-nın Xətai üçüncü seçki dairəsindən irəli sürdüyü namizəd Rəşad Məmmədli də İqbal Ağazadənin xeyrinə namizədliyindən imtina edib.

Azərbaycan Xalq Partiyası isə Ümid Partiyasının jestini cavabsız buraxmayıb. Belə ki, AXP 35 saylı dairədə İqbal Ağazadənin namizədliyinin dəstəklənməsi barədə qərara gəlib. AXP sədri Pənah Hüseynin verdiyi məlumata görə, 28 oktyabrda dairə ərazisində seçicilərlə görüşdə Ümid Partiyasının Sabirabad rayon təşkilatının sədri çıxış edib və rayon təşkilatının seçkidə onu dəstəklədiyini rəsmən bəyan eləyib: “Mən 29 oktyabrda Bakı döndüm və AXP Siyasi Şurasını topladıq. Həm siyasi tərəfdaş olaraq, həm də platformasını və siyasi münasibətlərimizi nəzərə alaraq Ümid Partiyasının sədri İqbal Ağazadəni namizəd olduğu dairədə dəstəkləmək barədə qərar qəbul etdik”.

Geri qayıt