Əsas Səhifə > Partiya, Güney Press > "Bu 23 ildə əlinizdən bir iş gəlmədi"

"Bu 23 ildə əlinizdən bir iş gəlmədi"


24-10-2015, 10:56
"Bu 23 ildə əlinizdən bir iş gəlmədi"
Keçmiş müxalifətçi, meydan hərəkatının bayraqdarı Elman Türkoğlu bu gün səhər sosial şəbəkələrdə yazdığı statusla uzun müddətdən sonra gündəmə gəlməyi bacarıb.

Bayraqdar hazırkı müxalifəti sərt şəkildə tənqid edərək, onların ikiüzlülüyünü açaraq ortaya qoyub:

“Bu 23 ildə əlinizdən bir iş gəlmədi. Dədəm Elçibəydən sonra vəhşicəsinə bir–birinizi didib parçaladınız. Gecələr iqtidar, gündüzlər müxalifət oldunuz. Özünüzə çirkli pullar, var–dövlət toplamağa başladınız. Xarici ölkələrdə villalar almağa başladınız. Xarici banklara milyardlarla pullar yatırdınız və millətin lideri olmaq üçün bir–birinizi ağır söyüşlərlə təhqir etməkdən belə çəkinmədiniz”.

Elman Türkoğlu yarı istehzalı və ironiyalı şəkildə bunun bir çıxış yolu olduğunu da deyib:

“Sizə təklifim budur ki, niyə ordan-burdan özünüzə lider axtarırsınız?! Sizin bir lideriniz var, həmin lider də mənəm. Əgər məni lider seçsəniz, müxalifətin daxilində yenidənqurma apararam və müxalifəti bütün çirkinliklərdən təmizləyib, bir ilin içində sizləri hakimiyyətə gətirərəm. Çünki mən sizlər kimi satılmamışam. Bahalı maşınlar almamışam, villalarda yaşamıram. 24 ildir birotaqlı, darısqal yataqxana evində yaşayıram. Bayraqdar olduğum üçün lider olmağa haqqım çatır”.

Geri qayıt