Əsas Səhifə > Partiya, Güney Press > Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox


14-10-2015, 08:47
Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox
9 oktyabr tarixindən Milli Məclisə seçkilərin təbliğat kampaniyasına start verilib. Deputatlığa namizədlərin seçki kampaniyasındakı gördüyü işlər, aparılan təbliğat-təşviqat proseslər barədə yaxından tanış olmaq üçün bir neçə seçki qərargahında olduq.

İlk öncə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, hazırda həmin dairədən deputat olan İqbal Ağazadənin seçki qərargahına üz tutduq.

Qərargaha səhər saatlarında gəlməyimizə baxmayaraq, təbliğat-təşviqat kampaniyası ilə bağlı iclas keçirilirdi. Qərargahda xeyli sayda adam vardı - Müşahidəçilər, səlahiyyətli şəxslər, könüllülər...

İclasda çıxış edən İqbal Ağazadə bir neçə məsələyə toxunaraq deputatlıq fəaliyyəti dövründə gördüyü işlərdən bəhs etdi. Bildirdi ki, yenidən ona etimad olunarsa eyni tempdə fəaliyyətini davam edəcək, parlamentdə sosial problemləri, o cümlədən müəllimlərin maaşının azlığını, işsizlikdən əziyyət çəkən gənclərin üzləşdiyi problemləri, ipoteka ilə bağlı məsələləri önə çəkəcək. Namizəd çıxışının sonunda seçki kampaniyası ilə bağlı təbliğat qurumunun üzvlərinə bir neçə tapşırıq və məsləhətlər verdi.

Sonra İqbal Ağazadə əməkdaşımızın suallarını cavablandırdı. Bildirdi ki, qərargah artıq bir neçə gündür ki, aktiv seçki kampaniyasına başlayıb:

“Rəsmi şəkildə təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən - oktyabrın 9-dan başlayaraq biz hər gün səhər saatlarında bu cür ənənəvi iclaslar keçiririk. İclaslarda şəxsən özüm iştirak edirəm.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Hələ ki, seçicilərlə görüşə başlamamışıq. Hazırda burda əsasən seçki qərargahının üzvləridir və onlara öz tapşırıqlarımızı veririk. Seçicilərlə görüşümüzlə bağlı təəssüf ki, yalnız iki yer müəyyən olunub. Bunlar İnqilab İsmayılov küçəsi və Gəncə prospektində yerləşən açıq və örtülü məntəqələrdir. Biz həmin məkanlarda davamlı olaraq aktiv görüşlər keçirəcəyik”.
İqbal Ağazadə seçicilərlə ünsiyyətdə problem yaşamadığını dedi:

“Seçicilərlə ünsiyyətimiz həmişə açıq olub, bu barədə problemimiz yoxdur”.

İclasdan sonra qərargahda qızğın işlər başladı. Bir tərəfdə səlahiyyətli şəxslər qurum üzvlərinə seçki ilə bağlı göstərişlər verir, seçicilərlə görüşdə bəhs ediləcək mövzularla bağlı müzakirələr aparır, digər tərəfdə gənclərdən ibarət qruplar təbliğat materiallarını hazırlayır, buklet və platformaları qaydaya salırdılar.

Seçki qərargahının rəhbəri, Ümid Partiyası sədrinin 1-ci müavini Ənvər Ağazadə əməkdaşımıza açıqlamasında bildirdi ki, təyin olunan dairə ərazisindəki bütün ünvanlar artıq qeydə alınıb:

“Təbliğatımızı çox ciddi şəkildə qurmuşuq. Biz “qapı-qapı gəzmək” prinsipindən istifadə edib məntəqələr üzrə nə qədər ünvan varsa, hamısnı qeydə alıb, müəyyənləşdirmişik. Hər bir bina üçün səlahiyyətli nümayəndə ayırmışıq.

Təbliğat kampaniyasının son gününədək, yəni oktyabrın 30-dək bu cür aktiv fəaliyyətlə davam edəcəyik”.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Seçki qərargahının rəhbəri seçiciləri daha çox narahat edən problemlərdən də bəhs etdi:

“Seçicilər daha çox sosial problemlərdən, o cümlədən, işsizlik, maaş və təqaüd azlığından gileylənirlər. Hətta onların arasında seçkilərin demokratik keçməyəcəyindən narahat olanlar da var. Biz onları bu dairədə seçkilərin şəffaf keçiriləcəyinə inandırırıq. Məqsədimiz budur ki, bütün seçicilər seçkilərdə aktiv iştirak edib, istədiyi namizədə səs versin. Bu mənada təbliğatçılardan çox şey asılıdır”.

Qərargah rəhbəri könüllülərin də fəaliyyətindən söz açdı: “Onların əksəriyyəti tələbələrdir. Onları bu kampaniyaya bizim partiyanın gənc üzvləri cəlb edib. Könüllülər bu prosesdə iştirak etməklə seçki kampaniyası ilə yaxından tanış olur, seçkilərin keçirilməsi ilə bağlı təcrübə toplayırlar”.

Qərargahda olarkən bir məqam diqqətimizi cəlb etdi. Könüllülər qərargahın divarına monitor yerləşdirirdilər. Qərargah rəhbərinin dediyinə görə, həmin monitorda seçicilərə namizədin deputatlıq fəaliyyəti dövründə gördüyü işlər, parlamentdəki çıxışları barədə videolu görüntülər təqdim olunacaq.

Qərargahda gənclərlə bərabər orta və yaşlı nəslin nümayəndələri də canfəşanlıqla seçki kampaniyasına köməklik edirdilər.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Qərargahı müşahidə edərkən qurum üzvləri ilə bir qədər söhbətləşdik. Ümid Partiyasının üzvi, seçici İdris bəy əməkdaşımızla söhbətində bildirdi ki, bütün varlığı ilə kampaniyada iştirak etməyə çalışır:

“Mən həm partiyanın üzvüyəm, həm də seçiciyəm. Mənim üçün İqbal bəydən yaxşı deputat yoxdur. Çünki o, bacardığı qədər insanların qayğısına qalır, problemləri diqqətdə saxlayır, savadlı, eyni zamanda gözəl natiqdir”.

Seçici Sultanlı Füzulinin dedikləri:

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

“32 ildir ki, Xətai rayonunda yaşayıram. Bu günədək İqbal bəy kimi deputat görməmişəm, çünki o, xalqın arasında çox olur, qapısı da, qəlbi də seçicilər üçün hər zaman açıqdır. O, deputat kimi çox çalışqan, hamımızın sevimlisidir. Əminəm ki, bu dairədə keçiriləcək seçkilər şəffaf olacaq”.

Gənc könüllü Amin Əhmədov seçki kampaniyasındakı iştirakından danışdı: “Biz gənclər maraqla bu kampaniyada iştirak edib namizədə dəstək oluruq. Şəxsən mən Ümid Partiyasının üzvü deyiləm. Lakin İqbal Ağazadənin parlamentdəki çıxışlarının demək olar ki, əksəriyyətini izləmişəm. Buna görə də onun yenidən deputat olmasını istəyirəm”.
Könüllü, həm də seçici Rauf Hüseynov ilk dəfədir ki, seçki kampaniyasında iştirak etdiyini bildirdi:

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

“İlk dəfədir seçkilərdə iştirak edirəm. Hara gediriksə, İqbal bəy haqqında müsbət fikirlər danışılır. O, sıravi insanlarla çox mehriban davranır, ünsiyyət saxlayır. Buna görə könüllü olaraq bu işə qatldım”.

İ.Ağazadənin səlahiyyətli nümayəndəsi Taleh Əliyev seçicilərdə seçkiyə qarşı aktiv inam hissi olduğunu dedi:

“Bu dairə üzrə seçicilərlə işləmək daha rahatdır. Çünki onlarda seçkilərə olan inam hissi digərlərindən daha çoxdur”.

Daha sonra 35 saylı Xətai üçüncü seçki dairəsindən digər deputatlığa namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin seçki qərargahında olduq. Təxminən saat 11 radələri olmasına baxmayaraq qərargahda iki nəfər səlahiyyətli şəxsdən başqa kimsə yox idi.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Qərargahın rəhbəri Rauf Babayevin əməkdaşımıza verdiyi açıqlamaya görə, hələ ki, qərargahda hər hansı iclas və ya tədbir keçirilmir: “Oktyabrın 9-dan bu məkanı kirayəyə götürmüşük. Buna görə də insanlar buranı o qədər də tanımır. Biz əsasən ünvanlarda görüş keçirməyə üstünlük veririk.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Təyin olunan tarixdən etibarən seçki kampaniyasına başlamışıq, partiyamızın sıravi üzvləri təbliğat kampaniyasında öz köməkliklərini göstərir, bu istiqamətdə proseslər aparılır, bukletlər paylanılır, müəyyən olunan yerlərə plakatlar yapışdırılır”.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Söhbətimiz zamanı məlum oldu ki, namizəd Araz Əlizadə qərargaha az gəlir.

Qeyd edək ki, bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə təbliğat-təşviqat kampaniyasına oktyabrın 9-da, səhər saat 8-də start verilib. Kampaniya oktyabrın 31-i, səhər saat 8-dək davam edəcək.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Geri qayıt