Əsas Səhifə > Partiya, Güney Press > “Bir sıra nazirliklər ləğv olunmalıdır”

“Bir sıra nazirliklər ləğv olunmalıdır”


13-10-2015, 16:35
“Bir sıra nazirliklər ləğv olunmalıdır”
“Bu qədər nazirliklərin, komitələrin fəalliyətindənsə, təmərküzləşmə siyasəti həyata keçirilməlidir. Bir sıra komitələrin, nazirliklərin ləğvi gündəmdə olmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili İqbal Ağazadə Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında çıxışı zaman deyib.

Millət vəkili həmçinin qeyd edib ki, ölkədə müəllimlərin, həkimlərin də maaşı artırılmalıdır Böhranın nə vaxta qədər davam edəcəyi heç kim proqnoz verə bilməz. Ona görə də hökumət bu məsələləri ciddi şəkildə nəzərə almalıdır”

İ. Ağazadə həmçinin qeyd edib ki, büdcənin keçən ilki büdcəyə nisbətən azaldılması dünyada baş verən hadisələr baxımdan olduqca obyektivdir: “Bu da onu göstərir ki, artıq real büdcə işləyəcək.

Hər il Azərbaycanda 200 minə yaxın gündəlik ərzaq təminatı üçün yemək olan personal var. Bunlara dövlətdən vəsait ayrılır. Bunların ərzaq təlabatı daxlili bazarın hesabına ödənilməlidir. Əhalinin işsiz qalmaması üçün bu sahədə dövlət sifarişi həyata keçirilməlidir.

Tikinti sektorunu ayaqda saxlamaq üçün işlər görülməlidir. Bu sektorda yeni layihələri həyata keçirmək üçün iş adamlarına dəstək vermək lazımdır. Belə olan halda Azərbaycanda iş dayanmaz”.

Geri qayıt