Əsas Səhifə > Partiya, Güney Press > AXCP Abşeron şöbəsi Razi Nurullayevi dəstəklədi

AXCP Abşeron şöbəsi Razi Nurullayevi dəstəklədi


8-09-2015, 10:04
AXCP Abşeron şöbəsi Razi Nurullayevi dəstəklədi
AXCP Abşeron şöbəsinin fəallarının müşavirəsi keçirilib. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Yüksək fəallıqla keçirilən müşavirədə AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Cavid Musazadə və Fəxrim Abduləzimov partiyada və ölkədə baş veren siyasi proseslərdən danışıblar. Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb.

Arif Baxşəli oğlu Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Baxşəli oğlu Qafarov Ali Məclisin üzvü, Fəzail Bəşir oğlu Abbasov, Nizami Tahir oğlu Babayev AXCP etimad qurultayına numayəndə seçiliblər.


AXCP Abşeron şöbəsi Razi Nurullayevi dəstəklədi
AXCP Abşeron şöbəsi Razi Nurullayevi dəstəklədi
AXCP Abşeron şöbəsi Razi Nurullayevi dəstəklədi

Geri qayıt