Əsas Səhifə > Partiya, Güney Press > AXCP-də "1 nömrəli hazırlıq" elan olundu

AXCP-də "1 nömrəli hazırlıq" elan olundu


24-08-2015, 10:26
AXCP-də "1 nömrəli hazırlıq" elan olundu
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsi əsl AXCP-ni bərpa edəcəyi haqda bəyanatının ardından Əli Kərimlinin göstərişilə partiyada `bir nömrəli hazırlıq` elan edilib.

Bu barədə AzVision.az-a adının çəkilməsini istəməyən və hazırda AXCP-nin yaratdığı gizli qruplarda təmsil olunan cəbhəçilərdən biri deyib.

O, bildirib ki, hazırda AXCP sədrinin müavini Fuad Qəhrəmanlının öndərliyi ilə gizli qruplarda AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin üzvlərinə qarşı qarayaxma kampaniyası hazırlanır.

Onun sözlərinə görə, bu təlimatın mahiyyəti budur ki, kim onları təhqir etməsə, söyüş yazmasa o cəbhəçi cəzalanacaq. Cəza isə partiyadan kənarlaşdırılmadır: `Yəni Fuad Qəhrəmanlı Əli Kərimlinin tapşırığı ilə cəbhəçiləri bu cür mənəvi terror altında saxlayır.

Hesab edirəm ki, bu addımla onlar cəbhəçiləri narazı salaraq partiyadan uzaqlaşdırır və dolayısı ilə hakimiyyətin əlinə oynayırlar. Bunlar belə yaramaz adamlardır. Mən hazırda hadisələrin inkişafını izləyirəm. Bir qədər də belə davam etsə, istefa ərizəsi yazaraq partiyadan uzaqlaşacam və Razi Nurullayevin rəhbərliyilə başladılan mübarizəyə qoşulacam`.

Mənbəmiz Fuad Qəhrəmanlının AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin üzvlərinə qarşı kampaniayaya səsləyən çağırışının mətnini də göndərib.
Fuad Qəhrəmanlının gizli `Düşüncə` FB qrupunda yaydığı çağırışda bildirilir:

"Salam dostlar, bugünkü işimiz partiyadan qovulmuş Razi Nurullayevin 5-6 nəfər satılmışlarla birgə AXCP adına iddia edən təşkilat yaratdığını bəyan etməsidir. Bu adamların xəyanətinə birmənalı qiymət verilməli və onlar ictimai rəydə satqın kimi tanınmalıdırlar. Ona görə də hərkəsin bu işdə iştirakına ehtiyac var və partiyada 1 nömrəli hazırlıq elan olunur.

Bu məqsədlə bu gün Razi Nurullayev və onunla birgə mətbuat konfransında iştirak edənləri dostluqdan çıxarma aksiyası keçiririk. Hamı bu adamları xəyanət yolu tutduqlarına, hakimiyyətin təşkilatımıza qarşı qurduğu tamaşada iştirak etdiklərinə görə dostluqdan çıxardığı barədə status yazsın. Bu adamlar heç bir cəbhəçinin dostluğunda olmamalıdırlar. Cəmiyyətdə görməlidir ki, belə yaramazlar alçaq əməllərinə görə iqnor edilirlər. Heç kim də sonra deməsin ki, mən dostluqdan çıxardım, ancaq bu barədə status yazmadım. Çünki biz bu işi haqqında danışdığımız satqınalara qarşı ictimai rəyin qınaq aksiyası kimi nəzərdə tuturuq.

Eyni zamanda bu gün saxta AXCP yaratmaq tamaşasını ələ salan, onu qeyri-ciddi sayan, ironiyalı statuslar yazmaq lazımdır. Dostlar, kimsə oxuyub keçməsin, monitorinq edəcəyik, hər kəs bu məsələdə satqınlara qiymət verməldir. Dostluqdan çıxarma bardə statuslar yazmaq işin əsasıdır".

Müraciətdən göründüyü kimi Fuad Qəhrəmanlı həqiqətən real cəbhəçilərə qarşı mənəvi terror həyata keçirir.

Qeyd edək ki, sosial şəbəkədə aparılan müşahidələr həqiqətən də belə bir kampaniyanın həyata keçirildiyini göstərməkdədir. Belə ki, son 3 gündə AXCP üzvləri artıq keçmiş partiya yoldaşlarına qarşı təhqir dolu statuslar və şəkillər paylaşmaqdadırlar.

Geri qayıt