Əsas Səhifə > Partiya, Güney Press > `Fuad Qəhrəmanlı bir neçə yerdən maliyyə alır`

`Fuad Qəhrəmanlı bir neçə yerdən maliyyə alır`


22-08-2015, 10:05
`Fuad Qəhrəmanlı bir neçə yerdən maliyyə alır`
Vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü olan, hazırda isə AXCP Etimad Qurultayı Təşkilat Komistəsinin üzvü, politoloq Ehtiram Mehdiyev AzVision.az-a Əli Kərimli və Fuad Qəhrəmanlı barədə sensasion açıqlamalar verib.

2009-cu ildən AXCP üzvü olduğunu deyən E. Mehdiyevin sözlərinə görə, partiyada olduğu dövrdə hər zaman onlara `iyrənc` təlimatlar verilirmiş və bu ənənə az qala qanun halını alıbmış:

- Bununla bağlı 2013-2013-cü ilə qədər etirazımı bildirdim. O zaman məni ciddiyə alan olmadı. Bu gün isə heç kim qul olmaq istəmir. Ona görə də partiyadakı iyrəncliklərə qarşı etiraz edənlərin sayı artıb. Bu etirazlar cəzası isə partiyadan uzaqlaşdırılmadır. Tənqidi statuslarımla bağlı mənə partiya rəhbərliyindən zəng gəldi ki, ya dayanmalısan, ya da partiyadan istefa verməlisən. Mən də ikinci yolu seçdim və partiyadan uzaqlaşdım. Çünki, belə iyrəncliklərə dözmək fikrim yoxdur.

E. Mehdiyev deyib ki, onlarda AXCP-dəki iyrənclikləri tənqid edənlərin qara siyahısı var: `Hətta partiyada tənqidçilərin qara siyahısını hazırlayan qeyri-rəsmi `Gənclərə Nəzər Komitəsi` var. Burada onlarlala bağlı monitorinqlər aparırlar. Belələrini o qədər bezikdirirlər ki, istər istəməz ya özü gedir, ya da müxtəlif bəhanələrlə uzaqlaşdırırlar. Hesab edirəm ki, partiyadakı bu vəziyyət ancaq hakimiyyətin işinə yarıyır və mübarizə əzmimizi qırır. Məndə olan məlumata görə, Fuad Qəhrəmanlı bir neçə yerdən maliyyə alır. Bu, planlı bir işdir. Cəbhəçiləri iyrənc iftiralarla partiyadan uzaqlaşdırmaq hansısa planın tərkib hissəsi olmaq deməkdir`.

E. Mehdiyev bəyan edib ki, Razi Nurullayev haqsızlığa uğrayan cəbhəçiləri ətrafına toplayaraq əsl AXCP-ni bərpa edəcək: `Mən bütün cəbhəçilərə müraciət edirəm ki, biz yeni bir partiya yaratmaq fikrində deyilik. Sadəcə, partiyadan çıxanlarla birləşib, əsl AXCP-ni bərpa etmək istəyirik. Bu gün cəbhəçilər basqı altındadır. Ona görə də öz səslərini ayrı-ayrılıqda yüksəldə bilməzlər. Amma, gəlin bir güc ətrafında birləşək. Belə olsa, Əli Kərimlini çox asan şəkildə istefaya göndərəcəyik. Əli Kərimli 20 ildir partiyada rəhbərdir. Bu, yolverilməzdir`

Geri qayıt