Əsas Səhifə > Partiya, Güney Press > Ayaz Mütəllibov deputat olmaq istəmir
Ayaz Mütəllibov deputat olmaq istəmir10-08-2015, 11:55 |
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkisində iştirak etməyəcək. Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Modern.az saytına açıqlama verib. Araz Əlizadə xatırladıb ki, Ayaz Mütəllibov siyasətdən getdiyini bəyan edib, buna görə də keçmiş prezident parlament seçkisində deputatlığa namizədliyini irəli sürməyəcək. “Ayaz müəllim, ahıl adamdır. O bəyan edib ki, siyasətdən gedib. Siyasətlə məşğul olmaq istəsə idi, elə ASDP-nin həmsədrliyində qalardı”,-deyə Araz Əlizadə bildirib. Qeyd edək ki, Ayaz Mütəllibov 2012-ci ilin iyunun 30-da ASDP həmsədrliyindən və siyasətdən getdiyini bəyan edib. Geri qayıt |