Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu hələ də o partiyanın adını açıqlamır

Sərdar Cəlaloğlu hələ də o partiyanın adını açıqlamır


7-08-2015, 12:25
Sərdar Cəlaloğlu hələ də o partiyanın adını açıqlamır
““Qarabağ” seçki blokuna qoşulmaq istəyən partiya rəhbərliyi ilə müzakirələrimiz olub. Amma qərara almışıq ki, yekun nəticə olmadan proses haqqında mətbuata məlumat verib ictimaiyyətin diqqətini yayındırmayaq”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP lideri bildirib ki, yeni partiya “Qarabağ” blokunun tərkibinə daxil olacağı təqdirdə, təfərrüatı ilə əlavə məlumatlar veriləcək.

Sərdar Cəlaloğlu həmin partiyanın adını açıqlamasa da, onun tanınmış bir təşkilat olduğunu bildirib.

“Tanınmış və təcrübəli bir partiyadır”,-deyə o söyləyib.

Geri qayıt