Əsas Səhifə > Partiya, Güney Press > Milli televiziyalar milli əxlaqımız üçün təhlükə mənbəyidir?

Milli televiziyalar milli əxlaqımız üçün təhlükə mənbəyidir?


6-07-2015, 11:31
Milli televiziyalar milli əxlaqımız üçün təhlükə mənbəyidir?
Milli telekanallarda baş verən əxlaqazidd olayların sayı artdıqca ictimai rəydə ölkə televiziyalarına olan münasibət də kəskinləşməkdədir. Hətta bəzi vətəndaşlar hesab edir ki, digər ölkələrdə telekanallar milli əxlaq və təfəkkürün formalaşmasında mühüm vasitələrdən biri olsa da, Azərbaycanda telekanallar milli əxlaq üçün təhdid və təhlükə mənbəyinə çevrilib.

Maraqlıdır, həqiqətənmi Azərbaycan telekanalları Azərbaycan insanının əxlaqı üçün təhlükə kəsb edir?

Dia.az-ın məlumatına görə bu barədə “Hürriyyət” qəzetinə açıqlama verən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, televiziyalarda baş verən olaylar cəmiyyətdəki böhranın inikasıdır və bu baxımdan təəccüb doğrumamalıdır:
“Məncə “milli televiziyalar milli əxlaqımız üçün təhdid mənbəyinə çevrilib” fikri bir qədər şişirdilmiş qiymətləndirmədir. Lakin təbii ki, televiziyalarda arzuedilməz və rüsvayçı olayların baş verməsi cəmiyyət tərəfindən də narazılıqla qarşılanır. Azərbaycan televiziyalarında bu cür halların baş verməsi anormal hal deyil. Ölkədə kütləvi psixoz və deqradasiyanın mövcud olduğu bir zamanda belə halların baş verməsi normaldır. Mənəvi-intellektual sahədə tənəzzülün mövcud olduğu bir zamanda bu cür olayların baş verməsi təəccüblü deyil. Hesab edirəm ki, belə gedərsə, bu cür halların sayı daha da artacaq.
Hazırda cəmiyyətdə mənəvi-əxlaqi sahədə dərin böhran gedir. Televiziyalardakı böhran cəmiyyətdəki böhranın tərkib hissəsidir”.

Geri qayıt