Əsas Səhifə > Partiya, Güney Press > “Praqada həm müalicə alır, həm də klip çəkdiririəm”

“Praqada həm müalicə alır, həm də klip çəkdiririəm”


2-06-2015, 11:29
“Praqada həm müalicə alır, həm də klip çəkdiririəm”
Reper Anar Nağılbazın Çexiyada xarici ölkəyə getməsi haqda informasiyanı dünən onun atası, keçmiş deputat Rizvan Cəbiyev Modern.az-a açıqlamasında təsdiqləmişdi. Amma o, qeyd etmişdi ki, oğlu xarici ölkələrin birində müalicə alır, mühacirət etməyib.

Bu gün isə reper özünün Facebook səhifəsində açıqlama verib. O, bir cümlə ilə Praqada olduğunu, müalicə aldığını və yeni klip çəkdirdiyini də bildirib. “Praqa – pivənin vətəni , istirahət, müalicə və tezliklə yeni klip”.

Dünən bəzi internet KİV-lər Anar Nağılbazın Çexiyada siyasi sığınacaq almaq istədiyi, hazırda isə qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu haqqında xəbər yayıb.

Geri qayıt