Əsas Səhifə > Partiya, Güney Press > “42 milyon manat torpağa qərq oldu…”

“42 milyon manat torpağa qərq oldu…”


1-06-2015, 11:07
“42 milyon manat torpağa qərq oldu…”
“Yaşıllıqları məhv edib, özbaşınalıq edənlərə sərt münasibət göstərilməsini ənənəyə çevirmək lazımdır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, sözügedən villaları tikənləri sərt tənqid edib:

“42 villanı bir nəfəsə sökdülər. Hər villanın qiyməti təmir də daxil 1 milyondan götürülsə, ən azı 42 milyon manatı torpağa qərq edərək ağac əkdilər. Əslində, harada yaşıllıqları məhv edərək belə özbaşınalıq edirlərsə, buna sərt münasibət göstərilməsini ənənəyə çevirmək lazımdır. Onlarla belə ərazi var ki, yaşıllıqları hasara alıb villalar, obyektlər, restoranlar, şadlıq evləri tikiblər. Artıq Prezident İlham Əliyev siyasi iradə ortaya qoyub. Ona görə də Bakının hər yerində bu xeyirxah işi davam etdirmək pis olmazdı”.

Deputat Dostluq parkında inşa edilmiş villarla bağlı üç maraqlı məqama toxunub: “Birincisi, baş verənlərə əsasən, bir qrup geniş imkanlı adamın ağlına şübhə etməyə başlayırsan. Bu qədər vəsaiti müvafiq sənəd almadan villanın tikintisinə niyə yatırıblar? İkincisi, “mənim evimdir” deyə bilmədiyin halda hansı ağılla bu vəsaiti belə tikintiyə xərcləyirsən? Üçüncüsü, parkları, yaşıllıq zolaqlarını, dəniz sahillərini, məktəb həyətlərini zəbt edərək özlərinə ocaq tikməyi düşünənlərə dərs olsun ki, bu başqasının haqqına girməkdir, belə ocaqda ancaq kül qalacaq”.

Geri qayıt