Əsas Səhifə > Partiya, Güney Press > “İRƏLİ” üzvləri “Heydər Əliyev zirvəsi”ni fəth ediblər

“İRƏLİ” üzvləri “Heydər Əliyev zirvəsi”ni fəth ediblər


12-05-2015, 16:54
“İRƏLİ” üzvləri “Heydər Əliyev zirvəsi”ni fəth ediblər
İRƏLİ İctimai Birliyi gənclərin vətənpərvər ruhda, sağlam ruhda böyüməsi və Ulu Öndərin 92 ildönümü ilə bağlı 1-10 May tarixində birliyin üzvləri “Heydər Əliyev zirvəsi”nə yürüşdə iştirak ediblər.

SalamNews-un məlumatına görə, yürüşdə İRƏLİ” İctimai Birliyinden iştirak edən fəal üzvlər 3571 m məsafəni qət edib və İRƏLİ bayrağını “Heydər Əliyev zirvəsi”ni fəth ediblər. Yürüş iştirakçıları uğurlu iştiraka görə sertifikatlarla təltif olunub.

Qeyd edək ki, İRƏLİ İctimai Birliyi bununla yanaşı Ulu öndər Heydər Əliyevin il dönümə həsr olunmuş veloyürüş, Azərbaycanın tanınmış simaları iştirakı ilə xalq şairi Səməd Vurğunun Azərbaycan şeirini canlandırmışdı. Azərbaycanda əsası Ümummilli lider tərəfindən qoyulan Gənclər Siyasətində aktiv rolu ilə seçilən İRƏLİ İctimai birliyi gənclərin həvəsləndirici tədbirlərdə iştirakını, beynəlxalq arenalarda təmsilçiliyi, kreativ düşüncəli gənclərin ideyalarının dəstəklənməsi və Avropa Oyunları ərəfəsində gənclərin daha çox idman tədbirlərinə cəlb olunmasını təşkil edir.

İRƏLİ” İctimai Birliyi Azərbaycan Respubilikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindəm qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında idmanın vacibliyinin və təbliginin böyük əhəmiyyət kəsb etdiyini düşünərək, eləcədə Birinci Avropa Oyunları ilə əlaqədar velosiped idmanının “Bakı-2015” ilk Avropa Oyunlarının proqramına daxil olduğu nəzərə alınaraq, idmanın bu növünün gənclər arasında təbliği məqsədi ilə veloyürüş təşkil etmişdir. Gənclər təşkilatı olaraq Növbəti günlərdə isə atıcılıq, dağa dırmanma və.s idman növlərinin təbliği məqsədi ilə bir neçə tədbirlər görməyi planlaşdırır.

Geri qayıt