Əsas Səhifə > Partiya, Güney Press > Hafiz Hacıyev anti-Azərbaycançı qüvvələri hədələdi

Hafiz Hacıyev anti-Azərbaycançı qüvvələri hədələdi


2-05-2015, 11:34
Hafiz Hacıyev anti-Azərbaycançı qüvvələri hədələdi
Müasir Müsavat Partiyası (MMP) Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı ölkədə fəaliyyət göstərən siyasi partiyalar və qeyri hökumət təşkilatlarına müraciətlə əlaqədar tədbir keçirib.

Tədbirdə MMP-nin sədri Hafiz Hacıyev və rayon təşkilatlarının nümayəndələri iştirak ediblər.
Partiya sədri çıxışı zamanı Birinci Avropa Oyunları ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri haqqında danışaraq qeyd edib ki, bu qüvvələr ölkəmizi dünyaya yaxşı mənada təqdim etmək əvəzinə, ermənipətəst mövqedən çıxış edirlər: "Müəyyən vəsait qarşılığında ermənilərlə, ermənipərəst qüvvələrlə iş birliyində olanlar yalan məlumat verməyi dayandırmalıdır. Heç olmasa ümumi milli maraqlar xatirinə Birinci Avropa Oyunları ərəfəsində bu oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün səylərimizi birləşdirib dövlətimizin yanında olaq”.
Daha sonra mövzu ətrafında partiyanın digər funksionerlərinin fikirləri dinlənib və onlar ölkədə fəaliyyət göstərən siyasi partiya və vətəndaş cəmiyyəti institutlarını birgə şəkildə Azərbaycan əleyhinə çıxış edən qərəzli qüvvələrə qarşı qəti mübarizə aparmağa çağırıblar.


Geri qayıt