Əsas Səhifə > Partiya, Güney Press > Fəzail Ağamalı yolların bərbadlığı ilə bağlı prezidentə şikayət edib...

Fəzail Ağamalı yolların bərbadlığı ilə bağlı prezidentə şikayət edib...


28-04-2015, 09:00
Fəzail Ağamalı yolların bərbadlığı ilə bağlı prezidentə şikayət edib...
“Təmsil etdiyim bölgədə kəndlərin qazlaşması ilə bağlı bəzi problemlər var. Müəyyən işlər görülsə də bir neçə kəndə qaz çəkilişi qalıb. Neftin qiymətinin düşməsi bizim də ümumi işlərimizə müəyyən qədər mənfi təsirini göstərdi”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Salyan-Neftçala bölgəsindən seçilən deputat Fəzail Ağamalı deyib.

Millət vəkili son vaxtlar neftin qiymətinin ucuzlaşmasının təmsil etdiyi bölgəyə də mənfi təsir etdiyini bildirib: “Yolla bağlı problem var. Cənab prezident rayonda olarkən bu problemi qaldırdım. Prezident bu məsələyə çox ciddi reaksiya verdi. Ölkə başçısı Bakıya qayıtdıqdan sonra xüsusi sərəncam imzaladı və bu il həmin məsələ investisiya proqramına salınmalı idi. Çox təəssüf ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi imkan vermədi ki, investisiya layihəsi çərçivəsində həyata keçsin. Çünki layihə üçün 60 milyon manatdan çox vəsait tələb olunur.

Kənd yolları da eyni şəkildə proqrama salınmışdı. İndi onların bərpası yəqin ki, növbəti illərə keçəcək”.

Geri qayıt