Əsas Səhifə > Partiya, Güney Press > "“Eurovision” yarışmasında da belə bir kampaniya başladılmışdı"

"“Eurovision” yarışmasında da belə bir kampaniya başladılmışdı"


18-04-2015, 10:23
"“Eurovision” yarışmasında da belə bir kampaniya başladılmışdı"
Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı bəzi beynəlxalq dairələrdən edilən təzyiqlər də artıb.

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən millət vəkili Fəzail Ağamalı bildirib ki, bunlar Azərbaycanda keçiriləcək möhtəşəm Birinci Avropa Oyunlarına təsir etmək gücündə deyil:

“Vaxtilə Azərbaycanda keçirilən “Eurovision” yarışmasında da belə bir kampaniya başladılmışdı. Həmin qüvvələr tərəfindən başladılan kampaniyanın qarşısı da o zaman Azərbaycan dövləti tərəfindən vaxtında alınıb. Bu baxımdan hesab edirəm ki, Avropa Oyunlarını da Azərbaycan dövləti uğurla həyata keçirəcək. Azərbaycanı istəməyən qüvvələrin bütün cəhdləri boşa çıxacaq. Necə ki, yuxarıda qeyd etdiyim kimi “Eurovision” mahnı yarışmasında bu belə oldu”.

Geri qayıt