Əsas Səhifə > Partiya, Güney Press > Milli Şuranın mitinqini təşkil edənlər polisə çağırıldı

Milli Şuranın mitinqini təşkil edənlər polisə çağırıldı


3-04-2015, 10:34
Milli Şuranın mitinqini təşkil edənlər polisə çağırıldı
Milli Şuranın aprelin 5-də keçiriləcək mintqinin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, bu gün saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. O, dəvətin aprelin 5-də saat 15:00-da keçiriləcək mitinqlə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, Milli Şuranın növbəti mitinqi Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçiriləcək. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Geri qayıt