Əsas Səhifə > Partiya, Güney Press > KXCP Ali Məclisi parlament seçkiləri öncəsi toplanır...

KXCP Ali Məclisi parlament seçkiləri öncəsi toplanır...


1-04-2015, 11:21
KXCP Ali Məclisi parlament seçkiləri öncəsi toplanır...
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.

İclasda qərarların icra vəziyyəti dəyərləndirilib,ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğunqərarlar qəbul edilib.
Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlunun ictimai-siyasi vəziyyətlə bağlı çıxış dinlənilib. M.Mirəlioğlu çıxışında Türkiyənin Millətçi Hərakat Partiyasının iştirak etdiyi Qurultayıhaqqında məlumat vermişdir. Məlumat nəzərə alınıb, çıxış ətrafında müzakirələraparılmışdır. Hakimiyyət ilə müxalifət partiyalarının görüşlərinin davametdirilməsi müsbət hal kimi dəyrləndirilsədə, aparılan müzakirələrin hələki heçbir ciddi nəticələr verməməsi ilə bağlı narahatlıqlar bildirilib.
Yığıncaqda partiya orqanlarının gördüyü işlər haqqında məlumatverilib və cari məsələlər müzakirə edilmişdir.
Yığıncaqda KXCP Zona Əlaqələndirmə Komitələrinin (ZƏK) partiyanınsədri və digər rəhbər şəxslərinin iştirak ilə: Lənkəranda, Qubada və İsmayıllıdakeçirilmiş yığıncaqları ilə bağlı məlumatlar dinlənilmş, rayon şöbələrininkonfranslara və seçkilərə hazırlıq işləri müzakirə edilərəkdəyərləndirilmişdir. Partiyanın rayon şöbələrində keçirdikləri yığıncaqlara yerlihakimiyyət orqanlarının maneçilik törətməsi pislənilmiş və hakimiyyətorqanlarından belə praktikaya son qoyması tələb edilmişdir.
KXCP Zona Əlaqələndrmə Komitələrinin, rayon (şəhər) şöbələrinin keçiriləcəknövbəti toplantıları və konfransları haqqında məlumatlar dinlənilmiş, əlaqədərorqanlara hazırlıq işlərinin aprılması ilə bağlı tapşırıqlar verilmişdir.
Yığıncaq KXCP ZƏK-lərinintoplantılarını aprelin birinci yarısında başa çatdığmağı və aprelin 19-da KXCP Ali Məclisinin nöbətisessiyasının keçirilməsi haqqında qərar qəbul etmişdir

Geri qayıt