Əsas Səhifə > Partiya, Güney Press > “Mövcud müxalifəti daha çox müxalif düşərgədəki liderlik düşündürür”

“Mövcud müxalifəti daha çox müxalif düşərgədəki liderlik düşündürür”


16-03-2015, 10:35
“Mövcud müxalifəti daha çox müxalif düşərgədəki liderlik düşündürür”
“Belə metodla özünü təsdiq etdirmək çox gülünc görünür”.

Bunu Hafta.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Milli Şuranın bugünkü mitinqinə münasibət bildirərkən deyib. Səxavət Əlisoy müxalifət partiyalarının hazırkı durumda mitinq keçirmək istəklərini bir – biri ilə bəhsəbəsə düşərək etdiklərini bildirib:

“Bahalaşma ilə bağlı müxalifətin aksiya keçirməsi normaldır. Problem ondadır ki, özünü müxalif adlandıran partiyaların böyük bir qismi aksiyaya qatılmayıb. Təbii ki, burada maraqlı nüanslar var. Fikrimcə mövcud müxalifəti qiymət artımından daha çox müxalif düşərgədəki liderlik düşündürür. İsbatlamaq istəyirlər ki, "biz ana müxalifətik". Bu gün bu addımı Milli Şura, daha dürüstü AXCP atdi. Yadınıza İctimai Palatanı salın. Neçə il əvvəl Müsavat Partiyası İP-ə məhəl qoymadan Fəvvarələr Meydanında icazəsiz aksiyaya getdi. Nəticəsi hər kəsə bəllidir. Belə metodla özünü təsdiq etdirmək çox gülünc görünür. Sabah Müsavat, daha sonra digər bir partiya da öz gücünü sınamaq eşqinə düşəcək. 20 ildir müxalifət bu gedişləri edir və təbii ki, belə gedişlərin heç bir effekti olmur.Son olaraq demək istəyirəm ki, müxalifət populizmdən xilas ola bilməyəcəyi günə qədər xalq ona dəstək verməyəcək”.

Xatırladaq ki, Milli Şura bu dəqiqələrdə “Məhsul” stadionunda mitinq keçirir.

Geri qayıt