Əsas Səhifə > Partiya, Güney Press > “Milli Şura ölmüş bir təşkilatdır, indi guya özünü diriltməyə çalışır”

“Milli Şura ölmüş bir təşkilatdır, indi guya özünü diriltməyə çalışır”


5-03-2015, 12:03
“Milli Şura ölmüş bir təşkilatdır, indi guya özünü diriltməyə çalışır”
“Milli Şura ölmüş bir təşkilatdır. İndi guya özünü diriltməyə çalışır”

Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın keçirməyi planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.

S.Novruzov hesab edir ki, Milli Şura dirilməyə çalışdığı üçün mitinq keçirmək istəyir: “Buna görə də belə bir təşkilatın mitinqində də heç kim iştirak etməyəcək”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının təklifi ilə Milli Şura martın 15-də mitinq keçirilməsi barədə qərar qəbul edib. Mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

Geri qayıt