Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimli məni şəkillərimlə şantaj etdi”

“Əli Kərimli məni şəkillərimlə şantaj etdi”


25-02-2015, 10:11
“Əli Kərimli məni şəkillərimlə şantaj etdi”
“AXCP-dən çıxarılanda mənə də demişdilər: sus. Susmasan səni bütün dünyada biabır edəcəyik. Gücümüzü bilirsən”.

AzVision.az xəbər verir ki, bu fikirləri AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinova bildirib.

Partiyanın sabiq sədr müavini Razi Nurullayevin AXCP sədri Əli Kərimli haqda ittihamlarına haqq qazandıran Z.Məhəddinova partiya rəhbərliyi tərəfindən şantaja məruz olduğunu etiraf edib:

“Mənə də dedilər ki, bir də Əli Kərimli və Gözəl Bayramlını tənqid etsəm, bütün saytlar, bütün qəzetlər məndən yazacaq. Məni şantaj edirdilər ki, “sənin qızlarının və özünün şəkilləri hər yeri bəzəyəcək. Bax onda dilini qarnına qoyub susacaqsan”.

Bu məktub əlimdədir. Məktubu çap edərdim. Lakin məktubda o qədər söyüş o qədər tərbiyəsiz ifadələr var ki, özümə yaraşdırmadım”-deyə keçmiş müşavir bildirib.

Z.Məhəddinova qeyd edib ki, AXCP-dən istefa verənlərə “satqın” damğası vurulur:

“Bir balaca narazılıq edən, haqqını tələb edən adama “hakimiyyət satılmısan” dediyiniz üçün ayıbdı sizə. Satqız özünüzsünüz. Bunun artıq sübuta ehtiyacı yoxdur. Hamıya bir damğa vururlar. Hamı da susmalıdır. Mən və mənim kimi insanlar bu günə kimi faktlara yox, verilən boş-boş vədlərə inanmışıq. İllərlə bizi aldadıb, aparılan mübarizənin sonda öz mənafeyin qurban vermiş adamları hörmətə mindirib lider kimi sırımışıq bu millətə”

Qeyd edək ki, AXCP-dən istefa verən Razi Nurullayev ötən gün keçirdiyi mətbuat konfransında Zərifə Məhəddinovanın da Əli Kərimli tərəfindən şantaja məruz qaldığını bildirmişdi.

Geri qayıt