Əsas Səhifə > Partiya, Güney Press > “Bu cür siyasətin məntiqi sonluğu elə bu cür də olmalı idi”

“Bu cür siyasətin məntiqi sonluğu elə bu cür də olmalı idi”


24-02-2015, 10:09
“Bu cür siyasətin məntiqi sonluğu elə bu cür də olmalı idi”
“Müsavat və AXCP-dəki son parçalanmalar göstərdi ki, artıq uzun illərdir radikal müxalifət liderləniə inanan, onlara bel bağlayan azsaylı insanlar da səhv yolda olduqlarını dərk edirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Astan Şahverdiyev söyləyib.

Onun sözlərinə görə, Müsavat və AXCP son günlərini yaşayır:

“Vaxtilə Müsavat və AXCP liderləri öz tərəfdarlarını aldadıb, guya hakimiyyətə gələcəyini, onlara vəzifə verəcəyini deyib, iğtişaşlara məcbur edib, həbsə düşmələrinə zəmin yaradanda bilmirdi ki, nə zamanda bunun hesabı onlardan sorulacaq. Hazırda Müsavat üçün canını qoyan, bu partiyaya görə, həbsə düşüb, zindanda yatmış adamların Müsavatdan qovulması prosesi gedir. İsa Qəmbər və Əli Kərimli artıq neçənci dəfədir ki, tərəfdarlarını aldadır. Hesab edirəm ki, bu cür siyasətin məntiqi sonluğu elə bu cür də olmalı idi. Müsavat sədri İsa Qəmbər formal istefa versə də, partiyaya nəzarəti əlində saxlayır. İsa Qəmbər və Əli Kərimlinin özlərinə hörmətləri olsa, bu cür biabırçı hadisələrdən sonra bir gün belə siyasətdə qalmazlar”.

Geri qayıt