Əsas Səhifə > Partiya, Güney Press > Siyavuş Novruzovdan Müsavat və AXCP-yə ittiham

Siyavuş Novruzovdan Müsavat və AXCP-yə ittiham


23-02-2015, 12:14
Siyavuş Novruzovdan Müsavat və AXCP-yə ittiham
“İqtidar-müxalifət dialoqu ilə bağlı ölkəmizdə bir neçə görüş keçirildi. Sonuncu görüş isə çox gözəl nəticələri ilə yadda qaldı. Orada qoyulan dörd şərtin hər biri bütün partiyalar tərəfindən dəstəkləndi.”

AzVision.az xəbər verir ki, bu fikirləri YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bir neçə partiya özünü bu proseslərdən kənarda saxladı. Bunlardan biri Müsavat, digəri isə AXCP-dir.

“Artıq Müsavat partiyası bəyanat verdi ki, növbəti görüşlərdə onlar da iştirak edəcəklər. Burada əsas problem leqitimlik problemidir. Bu gün Müsavatda leqitimlik yoxdur. Yəni partiyanın ədalətsiz keçirilən qurultayı nəticəsində partiya iki hissəyə bölünüb. Beləcə iki hissənin arasında heç bir dialoq yoxdur. Onlar azad söz, fikir bildirənləri də Müsavatdan xaric edirlər. Bu gün müxalifət partiyalarının öz aralarında da dialoq yoxdur. Mən bu dialoqu tək iqtidar-müxalifət arasında deyil, ümumilikdə siyasi partiyalar daxilində bir dialoq adlandırardım. Çünki elə partiya rəhbəri var ki, deyir o orda olsa mən gəlməyəcəm və s. Təəssüflər olsun ki, biz bu kimi hallara da rast gəlirik”.

S.Novruzovun fikrincə, AXCP isə özü qərar qəbul edə bilmir.

“Onların qərarları ancaq hansısa qulluq edikləri təşkilatlar tərəfindən verilməlidir ki, həmin dialoqa qatılsınlar. Əgər o təşkilatlar AXCP-yə desə ki, get dialoqda iştirak et, o zaman onlar hamıdan birinci gəlib dialoq masasına oturacaqlar. Əgər onlar hər hansı fikir, söz demək istəyirlərs, buyurub gəlsinlər. Çünki orada hamıya meydan verilib və hamı çıxış edir. Görünən odur ki, onların hansısa məsələni qaldırmağa nə potensialı, nə də icazələləri var. Ümumilikdə AXCP Azərbaycanda gedən bu prosesə xidmət etdikləri təşkilatlar vasitəsilə kölgə salmağa çalışırlar”-deyə YAP rəsmisi qeyd edib.

Geri qayıt