Əsas Səhifə > Partiya, Güney Press > “Səxavət Soltanlı uşaqdır, böyüsün gəlsin”

“Səxavət Soltanlı uşaqdır, böyüsün gəlsin”


5-02-2015, 10:29
“Səxavət Soltanlı uşaqdır, böyüsün gəlsin”
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunu hakimiyyətlə əməkdaşlıqda ittiham edib: “Müsavata qarşı mübarizədə hakimiyyət tərəfindən Qubad İbadoğlu və bir neçə şəxs iştirak edir. Başqa insanlar da Müsavatın bu durumundan istifadə edirlər”.

Editor.az-a danışan Müsavat başqanının sabiq birinci müavini Vurğun Əyyub Səxavət Soltanlını uşaq saydığını söylədi: “Səxavət Soltanlı uşaqdır. Belə bir uşağı Müsavat başqanına müavin qoyublarsa, bu hazırki partiya rəhbərliyin problemidir. Səxavət uşaqdır, getsin böyüsün gəlsin, siyasi savadını artırsın, normal danışıq qabiliyyəti əldə etsin, sonra danışsın. O kimdir ki, onun hər hansı açıqlamasına şərh versin”.

Geri qayıt