Əsas Səhifə > Partiya, Güney Press > “Gülağa Aslanlı uğurlu təyinat deyil”

“Gülağa Aslanlı uğurlu təyinat deyil”


9-01-2015, 12:02
“Gülağa Aslanlı uğurlu təyinat deyil”
Müsavat Partiyasının başqanı Arif Hacılı partiyadakı öz keçmiş vəzifəsi olan İcra Aparatına müavin Gülağa Aslanlını təyin etdi. Lakin partiyanın “narazı üzvləri” hesab edirlər ki, Arif Hacılının təyinatı doğru deyil. O, bu posta ən azından Tural Abbaslını təyin etməli idi.

Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında Tural Abbaslı isə bildirdi ki, ona bu barədə təklif olmayıb. O da həmçinin başqanın təyinatını uğursuz hesab edib:

“Mən əvvəlcədən bəyan etmişdim ki, heç bir təyinatlı orqanda təmsil olunmaq istəmərəm. Çünki təyinatlı orqan insanın ümumi fəaliyyət imkanlarını daraldır. Necə ki, təyin olunmusan, eləcə də geri çağırıla bilirsən. Dolayısı ilə səni təyin edən insanın şəxsi fikirlərindən aslı vəziyyətə düşürsən. Bu baxımdan həmin postu özüm üçün məqsədə uyğun hesab etmirdim. Ancaq onlar mənə bu barədə təklif də etməyiblər. Heç bunu gözləmirdim də. Qurultaydan sonra yürüdülən siyasət onu göstərdi ki, bugünkü başqan ancaq özünün yaxın ətrafının rəhbərlikdə təmsil olunmağının tərəfdarıdır. Bütün təyinatlı orqanlara da o, özünə yaxın hesab etdiyi insanları təyin edib. Bu siyasətin nə qədər uğurlu və ya uğursuz olduğunu zaman göstərəcək. Yəqin ki, artıq bəzi nüanslardan bu siyasətin uğursuzluğu görünür”.

Gülağa Aslanlının təyinatı barəsində isə Tural Abbaslı aşağıdakı fikirləri söyləyib:

“Gülağa bəy uzun illərdir partiyadadır və o, işini bilən adamdır. Ancaq nəzərə alaq ki, Gülağa bəyin 65-ə yaxın yaşı var. Partiyanın ən dinamiklik tələb edən orqanına bu yaşda insanın təyin olunması ən azından həmin şəxsin özünün sağlamlığı üçün problemlər yarada bilər. Digər məsələləri də zaman göstərəcək. Gülağa Aslanlı dəyərli insandır. Ancaq İcra Aparatı başqa xüsusiyyətlər tələb etdiyi üçün hesab edirəm ki, bu uğurlu təyinat deyil”.

Geri qayıt