Əsas Səhifə > Partiya, Güney Press > "Əgər bizim söykəndiyimiz güc Rusiyadırsa, indidən fiaskoya hazır olmalıyıq"

"Əgər bizim söykəndiyimiz güc Rusiyadırsa, indidən fiaskoya hazır olmalıyıq"


27-12-2014, 12:39
"Əgər bizim söykəndiyimiz güc Rusiyadırsa, indidən fiaskoya hazır olmalıyıq"
"Azadliq" radiosunun ofisində axtarış aparılması və fəaliyyətinin məhdudlaşdırılmasının hüquqi səbəbləri haqqında bilgim yoxdur. Ancaq siyasi cəhətdən bir məqama toxuna bilərəm ki, hədsiz anti-amerkan siyasət izlənməsi onlarla həyati problemi olan bir dövlət olaraq bizə faydalı heç nə vəd etmir”.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Azadlıq” radiosunda ötən gün axtarış aparılması və fəaliyyətinin məhdudlaşdırılması xəbərinə münasibət bildirərkən yazıb. Onun sözlərinə görə, ABŞ-ın bizim dövlət maraqlarına zidd gələn kifayət qədər addımları var və buna qarşı dirəniş göstərməmiz lazımdır:

“Ancaq bu bir həddə qədər olmalıdır. Hansısa gücə qarşı mövqe qoyarkən başqa bir gücə söykənmək zorundasan. Əgər bizim söykəndiyimiz güc Rusiyadırsa, indidən fiaskoya hazır olmalıyıq. Rusiya Putinin şəxsi avantürasının açıq qurbanına çevrilməkdədir. Növbəti dəfə bu ölkə mədəni dünyaya çıxış kartını yandırdı və iqtisadi tənəzzüldən qurtuluş imkanları möcüzəyə qalmış. Bizə bu gün həm anti-Risiya, həm də anti-Amerika siyasəti təhlükəlidir. "Azadlıq" radiosunun Azərbaycan auditoriyasına təsir imkanları demək olar ki, yox dərəcəsindədir. Şəxsən mən siyasətlə məşğul olan bir insan kimi nə zaman bu radionun verilişini dinlədiyimi xatırlamıram. Ona görə də ABŞ-ın mənfi mənada bizi hədəf alan siyasətə baş vurmasına yaşıl işiq yandırılmasının doğuracağı nəticələri düşünməliyik. Məncə, biz artıq tərəfsizlik cizgisindən uzaqlaşmağa yönələn bir kursu seçirik. Halbuki həm Rusiya, həm də ABŞ ilanının bizi çalmayacağı, bizə toxunmayacağı məsafədə qalmağa davam etməliyik”.

Geri qayıt