Əsas Səhifə > Partiya, Güney Press > Xədicə İsmayılla bağlı ittihamlara YAP-dan cavab

Xədicə İsmayılla bağlı ittihamlara YAP-dan cavab


9-12-2014, 12:33
Xədicə İsmayılla bağlı ittihamlara YAP-dan cavab
“Xarici dairələr üçün Azərbaycanda iki kateqoriya var. Biri onların marağında olan, toxunulmaz elan etdikləri şəxslər, digəri isə mütləq əksəriyyət təşkil edən və problemlərinin həllinə biganə yanaşdıqları insanlardır”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib. Jurnalist Xədicə İsmayılın həbsinin siyasi motivlərlə bağlı olması haqda ittihamlara münasibət bildirən deputat vurğulayıb ki, Azərbaycan hüquqi dövlətdir və hər hansı bir məsələ ancaq və ancaq hüquq müstəvisində həll edilə bilər:

“Bu gün Azərbaycanda tez-tez sual olunur ki, nədən 1 milyon qaçqının məsələsinə, Kəlbəcərli girovların taleyinə xaricdə müəyyən dairələr niyə biganə yanaşırlar? Hətta Kəlbəcər givorları ilə bağlı ABŞ Dövlət Departamenti bu məsələdən xəbərlərinin olmadıqlarını deməklə reaksiya vermişdi. Amma indi bir-iki nəfərin qanun pozuntusuna yol verdiklərinə görə həbsinə reaksiya verir, Azərbaycan üzərində prokuror funksiyası yerinə yetirməyə çalışırlar. Azərbaycanın müstəqil dövlət olduğunu, daxili məsələlərinin öz milli qanunvericiliyinə uyğun olaraq həll edildiyini unudurlar”.

A.Mirzəzadə hesab edir ki, qanun pozuntusuna görə, baş tutan həbslər insan hüquqlarının tapdanması kimi başa düşülür:

“Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edilən Leyla Yunus, yaxud da şəxsi müstəvidə kimlərəsə problem yaradan insanın bu gün müvəqqəti saxlanması onlar üçün insan hüquqlarının pozulması kimi başa düşülür. Əlbəttə ki, bu, yolverilməzdir.”

Geri qayıt