Əsas Səhifə > Partiya, Güney Press > "“People İn Need” kimi təşkilatlar ABŞ və NATO-nun casusudur"

"“People İn Need” kimi təşkilatlar ABŞ və NATO-nun casusudur"


8-12-2014, 09:39
"“People İn Need” kimi təşkilatlar ABŞ və NATO-nun casusudur"
“Bütün ölkələri “demokatiya gətirmək” adı altında bərbad hala qoyan ən əxlaqsız təşkilat isə “Soros” Fondudur”

Bunu Hafta.az-a açıqlamasında politoloq Araz Əlizadə “People İn Need”(PİN) təşkilatının Azərbaycana qarşı dvam edən qərəzli bəyanatlarına münasibət bildirərkən deyib. Araz Əlizadənin sözlərinə görə, bu cür təşkilatlara Azərbaycanda fəaliyyət göstərməsi üçün bir şərtlə icazə vermək olar:

“Hamıya bəllidir ki, “demokratiya” adı altında pərdələnən təşkilatlar Birləşmiş Ştatların və Qərbin agentləridir. Onların maliyyəsini də Amerika və Avropa verir. PİN kimi qurumlara Azərbaycanda fəaliyyət göstərməsi üçün bir şərtlə izn vermək olar. Dövlət bu qurumlara rəsmi agent statusu versin. Camaat da onda biləcək ki, bunlara yaxın getmək olar, ya yox. Azərbaycanda demokratiya adına sağlam əsaslarla bir-iki təşkilat fəaliyyət göstərir. Qalanları isə casusluq fəaliyyətləri, ölkəni parçalamaq, dağıtmaq üçün çalışır”.

Xatırladaq ki, PİN separatçılıq əməllərinə görə artıq bir neçə ölkədən qovulub. Çeçenlərə dəstək verdiyi üçün Rusiyadan, Kosovanı Belqraddan ayırma fəaliyyətlərinə görə isə Serbiyadan didərgin salınıb. Son Batumi konfransında isə Azərbaycana qarşı qərəzli və həyasız oyunları Azərbaycan nümayəndə heyətinin narazılığı ilə qarşılanıb. Ancaq PİN-in Azərbaycana qarşı qara kompaniyası hələ də davam edir.

Geri qayıt