Əsas Səhifə > Partiya, Güney Press > Müsavatdakı çaxnaşma ağır ifadələrin yer aldığı ittihamlara nədən oldu

Müsavatdakı çaxnaşma ağır ifadələrin yer aldığı ittihamlara nədən oldu


18-11-2014, 09:50
Müsavatdakı çaxnaşma ağır ifadələrin yer aldığı ittihamlara nədən oldu
Müsavatdan uzaqlaşdırılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Hikmət Hacızadənin da partiyadan istefa verməsinə münasibət bildirib.

AzVision.az xəbər verir ki, o Müsavatda baş verənlər hadisələrdə partiya başqanı Arif Hacılını günahkar bilib.

“Yalnız kişilər kişi kimi hərəkət edə bilir!

Plan üzrə məni və Əlövsət Talışxanlını "ağsaçlının" məsləhəti ilə partiyadan kənarlaşdırmalı, sonra da digər narazıları qorxutmaq üçün Vurğun Əyyubu və Qubad İbadoğlunu cəzalandırmalı idi oyuncaq başqan.

Müsavatdakı çaxnaşma ağır ifadələrin yer aldığı ittihamlara nədən oldu

Hikmət bəyin iki gün əvvəlki açıqlaması gerizəkalıları taktik dəyişdirməyə vadar etdi. Məni partiyadan xaric edib, Əlövsət bəyə töhmət elan etdilər. Və bununla hesab etdilər ki, Hikmət bəyi fikrindən döndərərlər.

Gerizəkalıların planı gerçəkləşmədi. Töhmətə layiq gördükləri Əlövsət Talışxanlı Hacılını başqan saymağı qüruruna sığışdırmadığı üçün istefasını bəyan etdi. Daha sonra Hikmət Hacızadə Hacılı dəstəsini intizarda qoymayaraq istefa bəyanatını açıqladı.

Gerçəkdən, yalnız kişilər, kişi kimi qərar vermək iqtidarındadır”.

Geri qayıt