Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılı: “Müharibə" istəyənlər onu almayacaqlar”

Arif Hacılı: “Müharibə" istəyənlər onu almayacaqlar”


15-11-2014, 10:40
Arif Hacılı: “Müharibə" istəyənlər onu almayacaqlar”
“Müsavat" üzvlərinə qovğa açmaq niyyətində deyiləm”.

Hafta.az-ın məlumatına görə, bu fikri Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, üzərinə "müharibə" ilə gələn müsavatçıları da sülhlə qarşılayacaq:

“Napoleonun məşhur deyimini mən belə dəyişdirirəm: "Müharibə" istəyənlər onu almayacaqlar". Öz tərəfimdən körpüləri yandırmamışam. Kimin mənə nə sözü varsa gəlsin, görüşsün, sözünü desin, iradını bildirsin. Açıq qapını sındırmağa nə ehtiyac var?! Qubad İbadoğlunun 3 dəfə özü də müəyyən saatda yox, gün ərzində görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib. Siyahıda adları olanlardan bəziləri ilə görüşmüşəm, bəzilərini şəxsən görüşə dəvət etmişəm. Bəziləri hətta Divanın qərarı ilə bizimlə görüşməkdən rəsmi imtina edib. Siyahıda fədakar partiya üzvləri ilə yanaşı, “Müsavat”da aylarla, hətta illərlə görünməyən, indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var. Onların illərlə cəmiyyətdə baş verən dəhşətlərə susqunluqla yanaşdıqları halda indi yox yerdən problem uydurub, qətiyyətlə üzərimizə gəlmələrinin motivləri mənə məlum deyil. Bununla belə onlarla da görüşüb mövqelərini dinləməyə hazıram. Bir dəfə də demişəm, yenə təkrar edirəm. Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur. Sözünüz varsa, gəlin sözünüzü deyin. Bizimlə televiziya kanalları, bəyanatlar vasitəsilə danışmayın”.

Geri qayıt