Əsas Səhifə > Partiya, Güney Press > Qubad İbadoğlunun görüşü funksionerlər arasında fikir ayrılığı yaratdı

Qubad İbadoğlunun görüşü funksionerlər arasında fikir ayrılığı yaratdı


8-11-2014, 13:39
Qubad İbadoğlunun görüşü funksionerlər arasında fikir ayrılığı yaratdı
“Qubad İbadoğlu təyin etdiyi vaxt görüşünü keçirə bilər”.

Bu fikri Hafta.az-a açıqlamasında partiyanın başqan müavini Elman Fəttah deyib:

“Heç bir icazəyə ehtiyac yoxdur. Onlar görüşlərini təyin ediblər və qeyd etdikləri vaxtda gəlib keçirəcəklər. Müsavat Partiyasında heç bir üzvə maneəçilik yaradılmır”.

Qeyd edək ki, partiya başqanının digər müavini Gülağa Aslanlı “Yeni Müsavat” qəzetinə açıqlamasında aşağıdakıları bildirib:

“Müsavat Partiyasının qərargahında tədbir keçirmək üçün məsələ razılaşdırılmalıdır ki, həmin gün başqa tədbirlər varmı, yoxmu? Partiyanın rəhbərliyi, indiki halda başqanı ilə razılaşdıqdan sonra tədbir keçirmək olar. Qabaqcadan qərar verib, sonra müraciət etmək o qədər də etik görünmür”.

Onun sözlərinə görə, Q.İbadoğlu tədbir keçirəcəyi ilə bağlı partiyaya rəsmi müraciət göndərməyib: “Rəsmi müraciət görməmişəm, elə bir məlumatla da tanış deyiləm. Mənim elektron poçtuma Qubad İbadoğlu məktub şəklində müraciət göndərib, mən də mətbuat vasitəsilə bildirmişəm ki, partiyanın qərargahında tədbir keçirilməsinə icazə vermək səlahiyyətinə malik deyiləm”.

Geri qayıt