Əsas Səhifə > Partiya, Güney Press > “Bəzi məmurlar müğənnilərə sponsorluq edir”

“Bəzi məmurlar müğənnilərə sponsorluq edir”


7-11-2014, 09:59
“Bəzi məmurlar müğənnilərə sponsorluq edir”
“Azərbaycanda elə məmurlar var ki, müğənnilərə sponsorluq edirlər. Onlara bahalı maşınlar, villalar alırlar”.

Bu sözləri Editor.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.

Onun sözlərinə görə, bu məmurlar ölkə başçısından örnək götürməlidirlər: “Cənab Prezident vaxtaşırı olaraq regionlara səfər edir, sadə vətəndaşlarla görüş keçirir, onların problemlərini şəxsən dinləyir. Dövlətin rəhbəri təvazökardırsa, sadə vətəndaşının problemini öz problemi kimi qəbul edirsə, həmin ölkədə hər hansı məmurun qudurğanlıq etməyə, dövlət malını mənimsəməyə haqqı yoxdur. Təəssüf ki, bəzi məmurlar öz çirkin xislətindən qurtula bilmir. Onlar dövlətin sərvətlərini qanunsuz yolla talamaq bir yana, yığdıqları pullarla müğənnilərə sponsorluq edib, onlara bahalı avtomobil və villalar hədiyyə etməkdən belə çəkinmirlər. Onlar bu cür davam etsələr, biz həmin məmurların adlarını ictimaiyyətə elan edərək, həmin məmurları ifşa edəcəyik”.

Geri qayıt