Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyev Əli Nağıyevə cavab verdi: “Özünü gözə soxmaq istəyir”
Rəsul Quliyev Əli Nağıyevə cavab verdi: “Özünü gözə soxmaq istəyir”6-11-2014, 10:12 |
“Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin mənim haqqında dedikləri başdan ayağa yalandır. Onun yalan olması bir tərəfə, azacıq ağıl sahibi onun dediklərini oxusa, sadəcə olaraq indiki hakimiyyətə yarınmaq və özünü gözə soxmaq istədiyini görə bilər”. Bunu Modern.az saytına eks-spiker Rəsul Quliyev keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib. Qeyd edək ki, Əli Nağıyev Modern.az-a müsahibəsində “Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin YAP-a ərizəsiz qəbul olunmasında sizin rolunuzun olduğu söylənilir. Ən dolğun cavabı sizdən eşitmək istəyirik” sualına belə cavab verib: “Bu adam Heydər Əliyevlə oyun oynamaq istəyirdi. Deyirdi: “Bilirsiniz nə var, bir partiya yaratsam, bəzi adamlar mənim partiyama gələcək. Onlar sizin partiyaya gəlmək istəmirlər, mənim partiyama qoşulmaq istəyirlər”. O adamlar Anar Rzayev, Rüstəm İbrahimbəyov və Yusif Səmədoğlu idi. Bunu Heydər Əliyev camaatın qarşısında dedi. Baxın, bu adamın beyni pozulub, bu adama informasiya verənlər də onun kimi nadürüstdür. Heydər Əliyev mənə tapşırıq verib dedi: “Axı, kimdir ki, camaat onun dalınca getsin. Onun yanına get və partiyaya üzv olması üçün ərizə al!”. Mən zəng etdim, o, yenə oyun oynamağa başladı: “Mənim YAP-a ərizə verməyim ucuz olur, sən bir nəfər göndər məndən müsahibə götürsün. Orda deyəcəyəm ki, YAP-a tərəfdaram”. Bunu Heydər Əliyevə deyəndən sonra Eldar Sabiroğlunu göndərdim. Rəsul Eldar Sabiroğluna müsahibə verdi, ancaq onu Heydər Əliyev bəyənmədi”. Rəsul Quliyevin sözlərinə görə isə, Əli Nağıyev özünü tarixin yaradıcısı kimi göstərməyə cəhd edir. O, bildirib ki, mərhum eks-prezident Heydər Əliyev Əli Nağıyevə ikinci dərəcəli bir post vermişdi. “Buna görə də Əli Nağıyevin mənim qəbuluma düşmək şansı yox idi”,-deyən Rəsul Quliyev ironiyasını da gizlətməyib: “Başqalarının xahişi ilə deyəsən onu bir və ya iki dəfə qəbul etmişəm”. Əli Nağıyevi dedi-qodu ilə məşğul olmaqda qınayan eks-spiker “onun vəzifədən çıxarılması da bu xarakterinə görə baş verib”,- deyə bildirib. Geri qayıt |