Əsas Səhifə > Partiya, Güney Press > "Qubad bəy də onlara cavab hazırlamaqla məşğuldur"

"Qubad bəy də onlara cavab hazırlamaqla məşğuldur"


3-11-2014, 10:18
"Qubad bəy də  onlara cavab hazırlamaqla məşğuldur"
“Yeni faraksiya ilə bağlı Qubad İbadoğu “Müsavat” böyükləri ilə məsləhətləşmələr aparır. Fraksiya işinin bu qədər gecikməsinin səbəbi Qubad bəyin hələlik öz tədbirlərinə başının qarışması ilə əlaqədardır”.

Bunu Hafta.az-a açıqlamasında Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Tural Abbaslı partiyadaxili fraksiyadakı yeniliklərə münasibət bildirərkən deyib. O, bildirib ki, hazırda Q.İbadoğlu başqanlıq seçkiləri ilə bağlı Təşkilat Komitəsinə cavab hazırlayır:

”MNTK-dan onların şikayətinə cavab gəlib. Qubad bəy də onlara cavab hazırlamaqla məşğuldur. Ayın 8-dən sonra yəqin ki, danışıqlar, məsləhətləşmələr davam edəcək”.

Tural Abbaslı həmçinin bildirib ki, o və onun ətrafındakı insanlar partiyada yeni yaranan fraksiya xoş məramlı missiya daşıyır:

”Hər kəsə bu qurum haqqında müfəssəl məlumat veririk. Fraksiyanın nə olduğunu anlatmağa çalışırıq. Ancaq partiya daxilində bəzi insanlar fraksiyanın yaranmasına əngəl törədirlər. Bunların böyük əksəriyyəti Arif Hacılının adamlarıdır. Hamısı olmasa da, böyük əksəriyyəti”.

Xatırladaq ki, bir neçə gün əvvəl Müsavat Partiyasına başqanlıq seçkisindən sonra yaranmış narazılıqlar getdikcə daha da dərinləşib. Artıq narazı müsavatçıların fraksiya yaratmaları barədə məlumatlar yayılıb. Fraksiyanın əsas təşəbbüskarı qurultayda başqanlıq seçkisi zamanı namizəd olmuş Tural Abbaslıdır.

Geri qayıt