Əsas Səhifə > Partiya, Güney Press > Müsavatın yeni başqanına xəbər saytından ilginc FOTOCAVAB

Müsavatın yeni başqanına xəbər saytından ilginc FOTOCAVAB


23-10-2014, 12:09
Müsavatın yeni başqanına xəbər saytından ilginc FOTOCAVAB
Moderator.az-a daxil olan məlumata görə, Müsavat Partiyasının bəzi narazı üzvlərinin mövqelərini işıqlandırmağımız partiyanın Sədrlər Şurasının iclasında ciddi müzakirəyə səbəb olub.

Belə ki, toplantıda Müsavatın yeni başqanı necə deyərlər, Moderator.az-ı ağ yuyub-qara sərərək bizi hətta “MTN-nin maşası” adlandırmaqdan belə çəkinməyib. Öz partiyasındakı narazılığı ram etməkdə zorlanan başqanın bizim ünvanımıza niyə belə kəskin fikirlər söyləməsini anlaya bilmirik. Biz nə edə bilərik ki, partiyanın bəzi üzvləri öz təşkilatlarından narazı salınır və bu narazılıq istər-istəməz mətbuata ayaq açır?
O ki, qaldı maşa söhbətinə, bunu da oxucuların və başqanın öz vicdanına buraxırıq. Kimin daha çox maşalıq etdiyini hər halda bu rəsm daha bariz şəkildə göstərir...

Geri qayıt