Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan nə Rusiyanın, nə də Qərbin yanındadır”

“Azərbaycan nə Rusiyanın, nə də Qərbin yanındadır”


21-10-2014, 09:56
“Azərbaycan nə Rusiyanın, nə də Qərbin yanındadır”
“Rusiya ilə Azərbaycan arasında normal qonşuluq münasibətləri var. Bu münasibətlər həmişə olub və bundan sonra da olacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə söyləyib.

Onun sözlərinə görə, bu münasibətlər Azərbaycanın müstəqil xarici siyasət kursuna kölgə sala bilməz: “Bu gün Rusiya ilə qonşularının münasibəti Qərbin maraq dairəsindədir. O səbəbdən ki, Qərblə Rusiya arasında “soyuq savaş” gedir və tərəflərin hər biri postsovet ölkələrini öz yanında görmək istəyir. Bu hardasa təbii bir məsələdir. Lakin Azərbaycan regionda bəlkə də yeganə dövlətdir ki, müstəqil siyasət yürüdür. Bizim xarici siyasətdə başlıca istiqamət milli maraqlardır və bu maraqlar çərçivəsində hər kəslə əməkdaşlıq edirik. Kiminsə kimləsə problemi varsa, bunun bizə aidiyyatı və təsiri ola bilməz. Azərbaycan Rusiya-Ukrayna münasibətlərində öz prinsipial mövqeyini ortaya qoyub, BMT Baş Assambleyasındakı səsvermədə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Amma bununla yanaşı Rusiya ilə münasibətləri də kəsməli deyilik. Azərbaycanın Rusiya ilə yaxınlaşmasında səbəb axtaranlar səvhə yol verirlər və bu ölkəmizi tərəf olaraq görmək istəyənlərin yaydığı deiznformasiyalardır”.

Geri qayıt