Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbər Müsavat başqanlığından getsə də “hegemonluğu”nu davam etdirir

İsa Qəmbər Müsavat başqanlığından getsə də “hegemonluğu”nu davam etdirir


20-10-2014, 10:52
İsa Qəmbər Müsavat başqanlığından getsə də “hegemonluğu”nu davam etdirir
İsa Qəmbər Müsavat başqanlığından getsə də onun partiyadakı “hegemonluğu” davam edir.

AzVision.az xəbər verir ki, sentyabrın 27-də Müsavat Arif Hacılını yeni başqan seçsə də İsa Qəmbər partiyanın başqan üçün nəzərdə tutulan otağını ona verməyib, hələ də özü istifadə edir.

Bunu Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı da təsdiq edib. Onun sözlərinə görə, İsa Qəmbər mütəmadi olaraq partiya qərargahına gəlir:

“İsa bəy əvvəlki qayada da partiyada olur, çünki Məclis üzvüdür. Yenə öz otağındadır. Məndə olan son məlumata görə, İsa bəy də Arif bəy də əvvəlki otağındadır”.

Geri qayıt