Əsas Səhifə > Partiya, Güney Press > YAP-çı deputat Milli Şuranın aksiyasına belə qiymət verdi:

YAP-çı deputat Milli Şuranın aksiyasına belə qiymət verdi:


13-10-2014, 09:55
YAP-çı deputat Milli Şuranın aksiyasına belə qiymət verdi:
“Milli Şura”nın bugünki mitinqi Azərbaycan xalqının, millətinin, dövlətinin əleyhinə iş aparanların müdafiəsinə hesablanmışdı”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Milli Şura”nın mitinqdə yaşayanan olaylara münasibət bildirərkən söyləyib.

“Bəs gəlin görək, mitinqin əsas mahiyyəti nə idi, söhbət nədən gedirdi? Hesab edirəm ki, bu mitinq Avropanın müxtəlif qurumlarının, o cümlədən erməni lobbisinin təhriki və maliyyə dəstəyi ilə keçirilirdi. Məqsədləri də guya Azərbaycanda insan haqlarının pozulması və buna qarşı ölkə cəmiyyətinin etiraz etməsini dünyaya göstərmək idi. Lakin bu mitinqdə Milli Şuranın qarşısına qoyduğunun heç biri alınmadı. Birincisi, burada heç bir elektratdan söhbət gedə bilməz. Çünki “Milli Şura” ölmüş bir təşkilatdır, yenidən mitinq keçirməklə nəyisə sübut etmək olmaz. Digər tərəfdən Azərbaycanda olan siyasi partiyalar, ictimai təşkilatların heç biri bu mitinqə öz dəstəyini göstərmədi. Həmin mitinqdə yalnız Müsavat Partiyası iştirak edirdi ki, onların da hərəsinin əlinə bir şəkil verib aşağıda saxlayırdlar. Beləcə, onlar say artırmaqla məşğul idilər.

Bu mitinqi Əli Kərimlinin İsa Qəmbər üzərində özünün qələbəsinin nümayişi kimi qiymətləndirmək olar. Hər kəs şahidi oldu ki, heç orada İsa Qəmbəri və Arif Hacılını tribunaya buraxmadılar. “Milli Şura”nın mitinqi bütün hallarda xaricdən planlaşdırılmış aksiya idi. Təbii ki, Azərbaycanın da qanunları istənilən bir vətəndaşın, təşkilatın sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağı tələb edir. Hər bir qurum və partiyanın mitinq keçirmək hüququ var. Hətta, dövlət mitinqlərdə iştirak edən insanların təhlükəsizliyi qorunur. Amma mitinqin təşkilatçıları öz üzərlərinə düşən öhdəliyi yerinə yetirmədilər. Mitinqdə terror təşkilatının bayrağını qaldırdılar. Bu baxımdan da “Milli Şura”nın mitinqində Ermənistanın bayrağı belə qaldırılsaydı, heç də təəccüblənməzdim. Çünki onların müdafiə etdiyi insanların böyük əksəriyyəti erməni lobbisinə, Ermənistanın xüsusi kəşfiyyat orqanlarına xidmət edən şəxslərdir", - deyə YAP rəsmisi bildirib.

Siyavuş Novruzov hesab edir ki, mitinqin təşkilatçıları Bakı şəhər İcra Hakimiyyətinə müracət etdikdə mitinqlə bağlı bütün məsuliyyəti öz üzərinə (orada səsləndirilən şüarlar və s.) götürüblər: “Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq” haqqında qanununda göstərilir ki, etnik, dini, milli çağırışlara, təhqirlərə yol vermək olmaz. Amma onlar həmin mitinqdə “Sərbəst toplaşmaq” haqqında qanunun bütün müddəlarını pozdular. Bununla belə onlar “İraqın Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayrağını qaldırdılar. Təbii ki, bu da həmin mitinqdə adam toplamamağın bir vasitəsi idi. Hesab edirəm ki, bu, onların təxribatı idi”.

Qedək ki, “Milli Şura”nın Bakı şəhər İcra Hakimiyyətinin razılığı əsasında saat 15:00-da "Məhsul" stadionunda keçirilən mitinqində şok olay yaşanıb. Mitinqdə AXCP fəalları tərəfindən “İraqın Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırılıb və "Milli Şura” bu quruma üzv olmayan partiyaların gücündən istifadə edib.

Geri qayıt