Əsas Səhifə > Partiya, Güney Press > “Mitinq toy deyil ki, partiyalara dəvət göndərək”

“Mitinq toy deyil ki, partiyalara dəvət göndərək”


9-10-2014, 12:15
“Mitinq toy deyil ki, partiyalara dəvət göndərək”
Milli Şura 12 oktyabr saat 15:00-da Məhsul stadionunda mitinq keçirəcək. Şuranın üzvlüyündə yalnız AXCP-nin fəal olmasını nəzərə alanlar hesab edirlər ki, mitinqi edən Milli Şura yox, adıçəkilən partiyadır. Elə mitinqin təbliğatını da daha çox cəbhəçilər aparır. Bütün bunları nəzərə alaraq AXCP Təşkilat Komitəsinin sədri Rafiq Daşdəmirlidən mitinqə necə hazırlaşmalarını öyrəndik.

R.Daşdəmirli Hafta.az-a açıqlamasında bildirdi ki, onlar meydana çıxmaq üçün çox yüksək səviyyədə hazırlaşırlar:

“Hazırda mitinqə hazırlaşırıq. Bu proses mitinq gününə qədər davam edəcək. Sosial şəbəkələrdə, mətbuat orqanlarında çağırışlarımızla həm də təbliğat işini yüksək səviyyədə qurmağa çalışırıq. Hesab edirəm ki, bu cür hazırlıqla keçirəcəyimiz mitinqə 10 mindən çox adam gələcək”.

Partiya funksioneri Milli Şuranın koordinasiya şurasının üzvü Rafiq Manaflıdan fərqli olaraq, mitinqə dəvətlilər haqqında başqa fikirdədir:

“Rafiq Manaflı bildirib ki, başqa partiyaları dəvət etməyəcəyik. Hesab edirəm ki, mitinq üçün dəvətə ehtiyac yoxdur. Bu toy deyil ki, kiməsə dəvət göndərək. Şüarlarımız bəllidir. Kim bizimlə eyni fikirdədirsə, buyurub gələ bilər”.

Geri qayıt