Əsas Səhifə > Partiya, Güney Press > Hacıbala Abutalıbov Milli Şura ilə Müasir Müsavat arasında seçim edəcək

Hacıbala Abutalıbov Milli Şura ilə Müasir Müsavat arasında seçim edəcək


8-10-2014, 11:27
Hacıbala Abutalıbov Milli Şura ilə Müasir Müsavat arasında seçim edəcək
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın müraciətinə baxacaq.

Bunu virtualaz.org saytına açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Zaur Ramazanov dedi.

Z.Ramazanov bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirilməsi ilə bağlı iki müraciət daxil olub və onların hər birinə baxılacaq: “Müraciətlərə baxılacaq və müvafiq qərar veriləcək”.

Xaırladaq ki, Milli Şura oktyabrın 12-də saat 15:00-a mitinq təyin edib. Mitinqin keçirilməsi üçün BŞİH-dən Yasamal rayonundakı "Məhsul" stadionunu istənilib. Milli Şura “Siyasi məhbuslara azadlıq! Repressiyalara son!” tələbi ilə mitinq keçirmək istəyir.

Müasir Müsavat Partiyası (MMP) da mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. MMP də mitinqi eyni vaxtda, eyni məkanda keçirmək istəyir. Hafiz Hacıyevin isə mitinq keçirmək məqsədi “Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə və ölkədəki milli satqınlara etiraz” etməkdir.

Qeyd edək ki, ötən il prezident seçkilərində H.Hacıyev Milli Şura ilə eyni günə mitinq təşkil etmişdi. BŞİH o zaman Milli Şuraya “yox”, H.Hacıyevə “hə” demişdi.

Geri qayıt