Əsas Səhifə > Partiya, Güney Press > Kommunistə yaraşmayan hərəkət etdiyi üçün partiyadan çıxarıldı

Kommunistə yaraşmayan hərəkət etdiyi üçün partiyadan çıxarıldı


8-10-2014, 10:21
Kommunistə yaraşmayan hərəkət etdiyi üçün partiyadan çıxarıldı
Oktyabrın 7-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilib.

Patiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, Plenumda 2014-cü ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində Azərbaycan Kommunist Partiyası tərəfindən namizədliyi irəli sürüləcək yoldaşların siyahısı təsdiq edilib.

Noyabrın 1-də Minskdə keçiriləcək KPİ-Sov. İKP nin XXXV qurultayında iştirak edəcək nümayəndələr seçilib.

Antipartiya fəaliyyəti ilə məşğul olduğuna, yoldaşlar arasında ədavət, qarşıdurma yaratmağa cəhd göstərdiyinə, kommunistə yaraşmayan hərəkətlərə yol verərək təxribatçılıqla məşğul oduğuna görə, AKP MK - nın plenumu ilk partiya təşkilatının qərarına müvafiq olaraq Məhsimova Gülnisə Əlisoltan qızını Azərbaycan Kommunist Partiyasını sıralarından xaric edib.

Geri qayıt