Əsas Səhifə > Partiya, Güney Press > "Müsavat Partiyasında parçalanmanı hələ ki, biz görmürük"

"Müsavat Partiyasında parçalanmanı hələ ki, biz görmürük"


7-10-2014, 11:37
"Müsavat Partiyasında parçalanmanı hələ ki, biz görmürük"
“Müsavat Partiyasında parçalanmanı hələ ki, biz görmürük. Nə yaşlılar, nə də gənclər seçkidən sonra partiyadan ayrılmayıblar”.

Bunu Hafta.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib. O, son başqan seçkilərindən sonra partiyadan ayrılanların çox olması haqqında yayılan xəbərlərin də həqiqətəuyğun olmadığını bildirib: ”Kim deyir ki, Müsavat Partiyası parçalanır? Bunlar kimlərinsə uydurduğu və hələlik əksini tapmayan şayiələrdir. Hələlik belə bir situasiya ilə rastlaşmamışıq”.

Gülağa Aslanlı seçkilərdən sonra başqanlığa namizəd Qubad İbadoğlunun partiyadan ayrılmasına da münasibət bildirib: “Mən Qubad İbadoğlunun nə yazılarından, nə də ki, dilindən hələ ki, belə bir şey eşitməmişəm. Yəqin ki, bu da şayiədir”.

Geri qayıt