Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Əli Kərimlinin hədəsinə əhəmiyyət vermədi

Müsavat Əli Kərimlinin hədəsinə əhəmiyyət vermədi


3-10-2014, 13:32
Müsavat Əli Kərimlinin hədəsinə əhəmiyyət vermədi
“Əli Kərimlinin Müsavat Partiyasına qarşı hədəsinə əhəmiyyət vermirəm”.

Bu fikri Hafta.az-a açıqlamasında partiyanın başqan müavini Gülağa Aslanlı deyib. O həmçinin AXCP-ni partiyanın qurultayına nə üçün çağırmadıqlarına da aydınlıq gətirib:

“Əli Kərimlinin inciməyini normal qəbul edirəm. Uman yerdən küsərlər. Bizim qurultay keçirərkən yer problemimiz vardı. Buna görə də heç bir partiyanı qurultaya dəvət etmədik. Hesab edirəm ki, bunu nəzərə alaraq incimək lazım deyil. Onun hədəsinə gəlincə mən buna əhəmiyyət vermirəm və inanmıram. Belə şey mümkün olan şey deyil”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli Müsavat Partiyasını onları qurultaya çağırmadıqları üçün tənqid edib. Sədrin sözlərindən belə çıxıb ki, müsavatçılar AXCP funksionerlərini qurultaya dəvət etmədikləri üçün hazırda daxillərində parçalanma təhlükəsi ilə üzləşiblər:

“Bu gün öz daxillərində müəyyən mübahisələr yaranıb. Tarixə ekskursiya edərək deyirəm ki, vaxtilə Xalq Cəbhəsinin daxilində belə ciddi münaqişələr olub və Müsavat Partiyasının hansı rol oynadığı bəllidir, amma biz onların daxilində baş verənlərə qarışmırıq. Bizi tərk edən insanlara deyəcək sözümüz yoxdur.

Onlara arzulayırıq ki, bu mərhələni başa vursunlar. Nə zaman Müsavat Partiyasını yönəldən insanlar real müxalifətin mövqeyini bölüşəcəklərsə, real müxalifətlə səylərini birləşdirmək istəyəcəklərsə, o zaman münasibətlər dəyişə bilər. Amma hələ ki biz öz yolumuzu gedirik. Bizi tərk edən insanlara sözümüz yoxdur. Onlara başarılar diləyirəm, amma daxili işlərinə qarışmıram. Birinci dəfə idi ki, Müsavat Partiyası AXCP-ni qurultaya dəvət etmədi. Bundan çıxan nəticələrə də qatlansınlar”.

Geri qayıt