Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifətin hakimiyətsiz imzaladığı xartiyanın qiyməti 5 qəpikdir”

“Müxalifətin hakimiyətsiz imzaladığı xartiyanın qiyməti 5 qəpikdir”


25-09-2014, 11:09
“Müxalifətin hakimiyətsiz imzaladığı xartiyanın qiyməti 5 qəpikdir”
“Bizim müxalifət partiyalarının hələ nə vaxta qədər pafoslu adı olan sənədlərə imza atacağını proqnozlaşdırmaq mümkün deyil”.

Bunu Hafta.az-a açıqlamasında müxalifət partiyalarının demokratiya haqqında imzaladığı xartiyaya münasibət bildirərkən eks spiker Rəsul Quliyev deyib. O bu sənədin imzalanmasını lazımsız hesab edib:

“Antik Yunanıstandan başlayaraq bu günə qədər 3 min ildir ki, demokratiyanın məqsədi , formaları, keçid yolları və sair öz izahını müəyyənləşdirib. Sözsüz ki, bütün bunlar bundan sonra da inkişaf edəcəkdir. Sual olunur ki, Azərbaycanda yazılmış bu xartiya sənədində demokratiya ilə əlaqədar nə isə bir ixtira var? Fikrimcə yoxdur. Maraqlıdır ki, hansı səbəbdən bu sənəd xartiya adlandırılır”.

R. Quliyev bildirib ki, adətən ölkələr keçid dövründə (məsələn, diktaturadan demokratiyaya) müəyyən xartiya sənədləri yaradıb imzalayırlar:

“Çünki keçid dövrüən həssas dövürdür. Həm hökümət, həm də müxalif partiyalar imzalanmış sənəd əsasında keçid müddətində radikallığı azaldır. Həmçinin cəmiyyəti silkələmədən və proseslərin sülh yolu ilə getməsinə şərait yaradıblar. Bu xartiyalarda əgər hökümət iştirak etmirsə o sənədin beş qəpiklik əhəmiyyəti yoxdur. Bu sənəd maksimum- məsələn 5 ildən sonra, “mən o vaxt belə bir sənədə imza atmışdım”- deyib özünü məmnun hiss etməkdən başqa heç bir şeyə yaramır. Hər halda 40 yaşı keçmiş insanların belə bir kağız parçasına qol çəkməsi ciddi deyildir”.

Geri qayıt